Milli
Onkologiya Mərkəzinin
Baş direktoru akademik Cəmil Əliyev beynəlxalq simpoziumun iştirakçıları
ilə görüşüb
Bu gün Bakıda Azərbaycan Nüvə Təbabəti Cəmiyyətinin
6-ci Konfransı ilə
birgə Radiofarmasevtik
Müalicə üzrə
Beynəlxalq Simpozium işə başlayıb.
Simpoziumun ilk iş günü xarici qonaqlar Milli Onkologiya Mərkəzinin Nüvə
Təbabəti və Radionuklid Terapiya Mərkəzinə baş
çəkib, buradakı
şərait və iş prosesi ilə yaxından tanış olublar.
AZƏRTAC xəbər verir ki, daha sonra Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyev simpozium iştirakçıları ilə
görüşüb. Mərkəzin
keçdiyi inkişaf
yolu, fəaliyyət prinsipləri, son illərdə
əldə edilmiş
uğurlar barədə
geniş məlumat verib.
Milli Onkologiya Mər¬kə¬zin¬in
ən müasir avadanlıqlarla təchiz olunduğunu bildirən Baş direktor burada onkoloji xəstələrə tibbi
yardımın aparıcı
mütəxəssislər tərəfindən
ən yüksək səviyyədə göstərildiyini
qeyd edib.
"Hazırda görüşdüyümüz
müasir bina cərrahi bölmələr
üçün nəzərdə
tutulmuş cərrahiyyə
korpusudur. Belə güclü maddi-texniki bazası olan korpusun yaradılması və yüksəkixtisaslı
cərrah-onkoloqların cəlb
edilməsi ölkəmizdə
onkoloji xəstələrə
göstərilən cərrahiyyə
xidmətinin yaxşılaşmasına
və daha da genişlənməsinə imkan
verir. Burada çarpayı fondu 1500-dür.
Mərkəzdə 4 kimyaterapiya
şöbəsi mövcuddur.
Milli Onkologiya Mərkəzinin
nəzdində respublikada
birinci olan Uşaq onkoloji klinikası Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı
ilə 2012-ci ilin martında açılıb.
Burada uşaq
cərrahiyyə, uşaq
kimyaterapiya, uşaq şüa terapiya və uşaq reanimasiya və anesteziologiya şöbələri
fəaliyyət göstərir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva mütəmadi olaraq klinikada müalicə alan uşaqlara baş çəkir, onların müalicəsini
nəzarətdə saxlayır.
Milli Onkologiya Mərkəzi, həmçinin Azərbaycanda
bədxassəli şişlərin
epidemiologiyası, müasir
diaqnostikası, müalicəsi
və profilaktika üsullarının öyrənilməsi
ilə məşğul
olan böyük aparıcı ixtisaslaşmış
elmi-tədqiqat müəssisədir.
Biz müxtəlif ölkələrdən
olan həmkarlarımızla
müştərək elmi
araşdırmalar aparırıq.
Bununla yanaşı, mərkəzlə dünyanın
bir sıra aparıcı tibb müəssisələri, o cümlədən
ABŞ-ın MD Anderson Xərçəng
Mərkəzi arasında
müqavilələr mövcuddur.
Müqavilələr əsasında
birgə elmi tədqiqatlar, təcrübə
mübadiləsi aparılır,
həkimlərin qarşılıqlı
ezamı həyata keçirilir", - deyə
akademik C.Əliyev
qeyd edib.
Müxtəlif ölkələrdən
olan alim və mütəxəssislər öz
ölkələrindəki mərkəzlər
və tibb müəssisələri barədə
məlumat verib, Milli Onkologiya Mərkəzinin xəstələrin uğurlu
müalicəsini təmin
edən fərqli və möhtəşəm
dizaynını müsbət
qiymətləndirib, mərkəzdə
yaradılan şəraitdən
məmnunluq ifadə ediblər.
Görüş zamanı,
həmçinin birgə
elmi tədqiqatların
aparılması müzakirə
edilib və həmin təşəbbüs
tərəflər arasında
müsbət qarşılanıb.
Milli Onkologiya Mərkəzinin muzeyinin fəaliyyəti ilə tanış olan xarici qonaqlar
muzeyin xatirə kitabına ürək sözlərini də yazıblar.
Sonda xatirə
şəkli çəkdirilib.
Qeyd edək
ki, Beynəlxalq Simpozium
aprelin 12-dək davam edəcək.
Azərbaycan.-2025.-
11 aprel (№70).- S.7.