Prezident həqiqətləri dünyaya çatdırdı

 

İnsan hüquqlarından siyasi alət kimi istifadə edən təsisatlar bağlanmalıdır

 

"Prezident İlham Əliyev beynəlxalq forumdakı çıxışında USAID- bərabər digər təşkilatların da bağlanmalı olduğunu qeyd etdi.  Siyasi düşmənçiliyə xidmət edən "Human Rights Watch", "Freedom House", "Amnesty International" kimi təsisatların fəaliyyətinin qarşısı alınmalıdır. Bu kimi təşkilatlar onun arxasında duran qüvvələr insan hüquqlarından siyasi alət kimi istifadə edir, azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyə Ermənistanın etnik təmizləmə siyasətinə dəstək göstərirlər".

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib. Deputat qeyd edib ki, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə bu təşkilatlar hər vəchlə Ermənistanın işğalçılıq siyasətini dəstəkləyir, onu sanki işğala məruz qalan tərəf kimi qələmə verməyə çalışırdılar. Otuz ilə yaxın işğal dövründə bu təşkilatlardan ədalətsizliyə qarşı heç bir siyasi, ictimai fəallıq görmədik. Riyakarlıq siyasi alətə çevrilmiş həmin təşkilatların əsas işi olub onların lobbiçilik fəaliyyətləri siyasi qüvvələr tərəfindən maliyyələşdirilib.

Deputat qeyd edib ki, özünü insan hüquqlarının müdafiəçisi adlandıran "Human Rights Watch" təşkilatının dünyada insan hüquqlarının vəziyyətinə dair illik hesabatlarının Azərbaycana dair hissəsində çoxsaylı böhtanların dezinformasiyaların şahidi olmuşuq: "Lakin Ermənistana dair hissədə oradan qovulmuş azərbaycanlıların qayıdışı barədə bir kəlmə olsun bəhs edilməyib. "Human Rights Watch" təşkilatı tərəfindən Azərbaycan xalqına etnik dini əsasda ayrı-seçkilik aparılır. Bu ayrı-seçkiliyi özünü insan hüquqlarının müdafiəçisi kimi qələmə verən təşkilatların həyata keçirməsi isə insan hüquqlarına ikiqat ağır zərbə vurur. "Freedom House" digərləri COP29 sədrliyimizlə bağlı tədbirə hazırlıqlar ərəfəsində ölkəmizə qarşı aparılan media kampaniyasının əsas iştirakçılarından olub. Bu təşkilatın idarə heyəti üzvlərinin əksəriyyəti erməniəsilli şəxslərdir. Təşkilatın əsas maliyyə mənbəyi isə erməni diasporunun çirkli pullarıdır. Diasporun təsiri altında ölkəmizə qarşı qarayaxma kampaniyası aparan, iftiralar yayan "Freedom House"un əməlləri ifşa edilib".  

P.Vəliyeva əlavə edib ki, "Amnesty International" "Human Rights Watch" təşkilatları da Azərbaycanın COP29-a evsahibliyi dönəmində ölkəmizə qarşı böhtanlar əsassız tələblər irəli sürüblər. Bu bəyanatların eyni vaxtda yayımlanması Azərbaycana qarşı artan hücumların sözügedən hər iki təşkilata nəzarət edən vahid bir mərkəz tərəfindən idarə olunduğunu bir daha göstərib.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2025.- 11 aprel (№70).- S.9.