Aprel
şəhidi Röyal
Nəsirovun ailəsi ziyarət olunub
Cəlilabad rayon
rəhbərliyi, hüquq-mühafizə
orqanlarının əməkdaşları
Aprel şəhidi Nəsirov Röyal İmran oğlunun ailəsini ziyarət etmişlər.
Ziyarət zamanı
şəhidin şərəfli
həyat yolundan danışılıb. RİH-in
başçısı Rafiq
Cəlilov ailənin qayğı və ehtiyacları ilə maraqlanıb. Sonra Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən
Azərbaycanın ərazi
bütövlüyü uğrunda
canlarından keçmiş
şəhid ailələrinə
hər zaman diqqət göstərildiyi
qeyd olunub. Şəhidin ailəsi dövlətimizin şəhid
ailələrinə verdiyi
dəstəkdən razılığını
bildirib.
Nəsirov Röyal İmran oğlu 16 mart 1997-ci ildə Cəlilabad rayonunun Məlikqasımlı kəndində anadan olmuşdur. 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılmışdır. 2016-cı ilin aprel ayında Tərtər ərazisində cəbhənin təmas xəttində gedən döyüş zamanı qəhrəmancasına şəhid olmuşdur. Məlikqasımlı kənd qəbiristanlığında dəfn edilən şəhid ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunmuşdur.
Azərbaycan.-2025.- 11 aprel (№70).- S.11.