Masallıda
və Neftçalada Aprel şəhidlərinin
xatirələri anılıb
Masallıda şəhidlər,
şəhid ailələri,
müharibə əlilləri
və iştirakçıları
daim diqqətdə saxlanılır, onların
üzləşdikləri çətinliklərin
aradan qaldırılması
istiqamətində tədbirlər
görülür.
Bu günlər
rayonun Viləş kəndində 2016-cı ilin
Aprel döyüşləri
zamanı qəhrəmancasına
şəhid olmuş Nurlan Bayram oğlu
Əsgərlinin xatirəsi
anılmışdır. Mərasimdə
rayon icra hakimiyyəti başçısının
müavini Adəm Məhərrəmov, RİH-in
Vətən müharibəsi
iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük
məsləhətçisi Nurlan Muradov, Ərazi idarəetmə və yerli özünüidarəetmə
orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi
Sənan Sadıqov, Qafqaz Müsəlmanları
İdarəsinin Masallı
rayonu üzrə qazısı Rəşid Talıbov, Viləş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin,
bələdiyyənin əməkdaşları,
şəhid ailələri,
müharibə iştirakçıları
və ictimaiyyət nümayəndələri iştirak
etmişlər.
Tədbir iştirakçıları
şəhidin məzarını
ziyarət etmiş, qəbirüstü abidəsinə
tər qərənfillər
düzərək ruhuna
dualar oxumuşlar.
Neftçalada da
şəhidlərin xatirəsinə
dərin ehtiram var. Bu günlər
Aprel döyüşlərinin
ildönümü ilə
bağlı anım tədbiri keçirilmişdir.
Anım mərasimində rayon
icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının,
YAP Neftçala rayon təşkilatının, idarə,
müəssisə, təşkilatların
rəhbərləri, din
xadimləri, şəhid
ailələri, qazilər,
qonaqlar və ictimaiyyət nümayəndələri
iştirak etmişlər.
Neftçala şəhərinin
mərkəzindəki Şəhidlər
xiyabanında Aprel döyüşləri zamanı
şəhid olan Milli Qəhrəman mayor Samid İmanovun,
Aşağı Qaramanlı
kəndində şəhid
gizir Elimdar Səfərovun və Azərbaycan Respublikasının
ərazi bütövlüyünün,
müstəqilliyinin, konstitusiya
quruluşunun müdafiəsi
zamanı şəhid
olan digər hərbi qulluqçuların
məzarları ziyarət
olunmuş, önlərinə
çiçəklər düzülərək
ruhlarına dualar oxunmuşdur.
Seyran CAVADOV,
Azərbaycan.-2025.-
11 aprel (№70).- S.11.