Leyla
Əliyevanın təşəbbüsü
ilə Nizami Kino Mərkəzində sənədli film nümayiş olunub
Aprelin 9-da Nizami
Kino Mərkəzində
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü
ilə “İndi al! Müştəriyə
tələ” sənədli
filmi nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tədbirin
açılışında nümayişə qatılan
400-ə yaxın gəncə
məsuliyyətli istehlakın
əhəmiyyəti, mövcud
istehlak mədəniyyətinin
ətraf mühitə
uzunmüddətli təsirləri,
eləcə də gənclərin ekoloji davamlılığa töhfə
vermələri üçün
gündəlik həyatlarında
necə daha məsuliyyətli ola biləcəkləri barədə
ətraflı məlumat
verilib. Bildirilib ki, ekoloji maarifləndirmə
və hər bir fərdin istehlak vərdişlərində
edəcəyi dəyişikliklər
bu sahədə davamlı inkişafa yol aça bilər və gənclər bu prosesin aparıcı qüvvəsinə çevrilməlidir.
Bu xüsusda, IDEA tərəfindən həyata
keçirilən tədbir
və layihələrin
ekoloji düşüncə
tərzinin formalaşdırılması,
gənclərin maarifləndirilməsi,
eləcə də sağlam və dayanıqlı həyat tərzinin təşviqi baxımından mühüm
əhəmiyyət daşıdığı
vurğulanıb.
Daha sonra sənədli film nümayiş
olunub.
Qeyd edək
ki, “İndi al! Müştəriyə tələ” sənədli
filmi Böyük Britaniyanın
“Grain Media” şirkəti tərəfindən
istehsal olunub. Rejissor Nik Steysinin ekranlaşdırdığı sənədli filmdə aparıcı beynəlxalq
korporasiyalar və elektron ticarət platformaları tərəfindən
tətbiq olunan marketinq strategiyaları, müasir istehlak vərdişlərinin ətraf
mühitə mənfi
təsiri və sözügedən problemin
aradan qaldırılması
yolları barədə
bəhs edilir. Bir sıra qlobal şirkətlərdə müxtəlif
rəhbər vəzifələrdə
çalışmış şəxslərlə aparılan
müsahibələr, müvafiq
statistik məlumatlar və nümunələr vasitəsilə bu tendensiyaların doğurduğu
risklər filmdə ətraflı işıqlandırılıb.
IDEA İctimai Birliyi hər kəsi gündəlik həyatında
məsuliyyətli istehlak
vərdişlərini formalaşdırmağa,
eləcə də daha yaşıl və dayanıqlı gələcək naminə
birgə addımlar atmağa çağırır.
Azərbaycan.-2025.- 11 aprel
(¹70).- S.12.