Zəngilan
şəhəri birinci
yaşayış məhəlləsində
104 ailə məskunlaşacaq
İkinci Qarabağ
müharibəsində Müzəffər
Ali baş komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli
Azərbaycan ordusunun qələbəsi sayəsində
işğaldan azad edilən ərazilərdə
həyat yenidən canlanmağa başladı.
“Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa
dair I Dövlət Proqramı”-na əsasən ilk köçün ünvanı
olan Zəngilanda da tikinti quruculuq
işləri davam etdirilir. Zəngilan şəhəri birinci yaşayış məhəlləsində
işlərin böyük
hissəsi tamamlanıb.
AZƏRTAC-ın bölgə
müxbiri xəbər
verir ki, Zəngilan şəhəri
birinci yaşayış
məhəlləsində tikinti
işləri sürətlə
davam etdirilir. Yaşayış məhəlləsində
2 və 3 mərtəbəli
binalar inşa olunub. Məhəllədə
6 yerüstü dayanacaq,
1 günəş panelləri
ilə elektromobillər
üçün enerji
doldurma məntəqəsi
nəzərdə tutulub.
Yaşayış məhəlləsində
uşaq və idman meydançası da yer alacaq.
Cəbrayıl, Qubadlı
və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin
İctimaiyyətlə əlaqələr
şöbəsinin müdiri
İlhamiyə Rzayeva müsahibəsində bildirib
ki, Zəngilan şəhərinin təsdiq
edilmiş ümumi baş planına uyğun olaraq, birinci yaşayış məhəlləsinin tikinti
işləri həyata
keçirilir. Yaşıllıq
zonası ilə əhatə olunacaq ilk yaşayış məhəlləsi şəhərin
mərkəzi hissəsində
yerləşir. "Birinci
yaşayış məhəlləsi
2 hektar ərazini əhatə edir və burada 12 binanın tikintisi aparılır. Binalardan
8-i ikimərtəbəli, 4-ü isə üçmərtəbəlidir.
Birinci yaşayış
məhəlləsində tikilən
binalarda 104 mənzil var və onlar
bir, iki, üç, dörd və beş otaqdan ibarətdir.
Zəngilan şəhər
məktəbi, biznes zonası və mərkəzi küçə
yaşayış məhəlləsinin
yaxınlığındadır. Məhəllədəki binaların
inşasında modern və minimalistik memarlıq yanaşmalarından,
həmçinin milli naxış elementlərindən
də istifadə edilib.
Burada inşa olunan binaların da üzərində güneş panelləri, dayanıqlı tikinti materiallarından daha çox istifadə olunur.
Ümumilikdə, birinci yaşayış kompleksində tikilən 12 binanın qaba işləri yekunlaşıb, daxili mühəndis işləri tamamlanıb. Mənzillərdə daxili bəzək işləri görülür və binaların fasadı yekunlaşmaq üzrədir. Sahədaxili kommunikasiya işlərinin də müəyyən qədəri yerinə yetirilib. Hazırda binalardakı tikinti işlərinin 80 faizi yekunlaşıb. İşlər başa çatdıqdan sonra Zəngilan şəhərindəki birinci yaşayış məhəlləsinə sakinlərin köçü nəzərdə tutulur.
Azərbaycan.-2025.- 8 aprel (№67).- S.7.