Parisi kütləvi etirazlar bürüyüb

 

Marin Le Pen təslim olmaq fikrində deyil

 

Parisdə minlərlə insan Fransa müxalifət lideri Marin Le Penə dəstək nümayişi keçirib. Kütləvi etirazlar paytaxtın mərkəzini bürüyüb. Marin Le Penə dəstək nümayişində Fransa bayrağının rənglərində lentlər taxmış ən azı on min nümayişçi iştirak edib.

Müxalifət lideri, prezident Emmanuel Makronun əsas rəqibi keçən həftə Avropa Parlamentinin vəsaitlərini mənimsəməkdə təqsirli bilinib ona növbəti 5 il müddətinə seçkilərdə iştirak etmək qadağası qoyulub. Birinci instansiya məhkəməsinin bu barədə çıxardığı verdikt son günlər fransız siyasi təbəqəsi daxilində gərginlik yaradıb.

Voban meydanında mitinqçilərin qarşısına çıxan Marin Le Pen mübarizəni davam etdirəcəyini bəyan edib şəhər sakinləri ilə birlikdə dövlət himnini oxuduqdan sonra deyib: "Mən buxov tiranlıqla tanışam. Mən qəddarlığı zorakılığı öz gözlərimlə görmüşəm. Yaraların ağrısını bilirəm, amma ruhdan düşərək kənara çəkilə bilmərəm. Bunun mənə gətirdiyi əzabları hiss edirəm, amma ümidimi itirmirəm! Ürəyim qəzəblə doludur, təslim olmaq fikrində deyiləm".

"Milli Birlik" Partiyasının rəsmi lideri kimi onun varisi Jordan Bardella hökmü ədalətsiz qalmaqallı adlandırıb. Onun fikrincə, bu qərar Marin Le Peni 2027-ci il prezidentlik yarışından kənarlaşdırmağa yönəlib.

"Fransa demokratiyası məhv edilir", "Ədliyyə naziri prokurora bu əmri verib", "Edam edilən Fransa demokratiyasıdır", "Bu, hakimlərin idarəçiliyi deyil,  hakimlərin diktaturasıdır, onlar Fransa xalqının özünü ifadə etməsinə mane olmaq istəyirlər", - deyə Marin Le Pen tərəfdarları birinci instansiya məhkəməsinin qərarına etirazlarını bildiriblər.

Qeyd edək ki, Paris Apellyasiya Məhkəməsi Le Penin şikayəti ilə bağlı 2026-cı ilin yayında qərar çıxaracaq. Bu, apellyasiya şikayətində qalib gələcəyi təqdirdə ona prezident seçkilərində iştirak etmək şansı yaranacaq.

 Bu arada, "Elabe" sosial institutu "BFM TV" "La Tribune Dimanche"ın sifarişi ilə 2027-ci il prezident seçkilərinə iki il qalmış fransızların səsvermə niyyətləri ilə bağlı sorğunun nəticələrini təqdim edib. Bildirilir ki, ifrat sağçı "Milli Birlik" Partiyası onu kimin təmsil etməsindən asılı olmayaraq, birinci turda liderliyə yüksəlmək üçün kifayət qədər şansa malikdir.

"Elabe"ın keçirdiyi rəy sorğusuna görə, prezident seçkilərinin ilk turu ötən bazar günü keçirilsəydi, partiyanın  iki əsas fiquru- Marin Le Pen 32-36 faiz Jordan Bardella 31-35,5 faiz səs əldə edə bilərdilər. Hər iki halda partiya nəzərdə tutulan bütün altı ssenaridə sol sağçı rəqiblərini beş xaldan çox qabaqlayaraq lider olacaqdı.

Sorğu mərkəzi hesab edir ki, makronçular partiyası iki hipotetik namizədlə (Eduard Filip, Qabriel Attal) səs toplama sırasında ikinci yerdədir. Keçmiş baş nazir Qabriel Attal səsvermə niyyətinin 18 faizini, Eduard Filip isə 24 faizini əldə edib. İndiki daxili işlər naziri Brüno Rötayonun səs toplama ehtimalı 8-10 faizdir. Loran Vokye isə 4,5 faizlə kifayətlənməli olub.

Sorğunun nəticələrinə görə, solçulardan Rafael Qluksman Jan-Luk Melanşonu qabaqlayaraq 10 faiz səs qazanacağına ümid edə bilər.

Qeyd edək ki,  "Milli Birlik"lə eyni vaxtda solçular, habelə makronçular - Qabriel Attalın rəhbərliyi ilə "Renessans" partiyası nümayişə toplaşıb.

 "Qanunun aliliyinə görə narahat olmayın", "İfrat sağçılara öz qanunlarını yaratmağa imkan verməyək", - deyə Parisdə Respublika meydanında toplaşmış solçular ifrat sağçılara qarşı mitinq keçiriblər. Onlar ifrat sağçıların ədalətə qarşı qanunun aliliyinə zidd olduqlarını bildiriblər. "Yenilməyən Fransa" Partiyasının lideri Jan-Lük Melanşon mitinqdə 15 min iştirakçının olduğunu bildirib. Nümayiş çərçivəsində solçular mayın 1-nə ümumi aksiya keçirməyə çağırış ediblər.

Makronçular isə paytaxtın Sen Deni rayonunda toplaşıblar. Bu, keçmiş baş nazir Qabriel Attalın partiyanın rəhbəri seçildikdən sonra keçirilən ilk nümayiş olub. Onunla birlikdə keçmiş baş nazir Eduard Filip, hazırkı hökumət başçısı Fransua Bayru ədliyyə naziri Jerald Darmanen mitinqdə iştirak ediblər.

 

Rizvan CƏFƏROV,

Azərbaycan.-2025.- 8 aprel (№67).- S.12.