Apellyasiya instansiyası məhkəməsi
sədrinin müavininin,
apellyasiya instansiyası
məhkəmələri məhkəmə
kollegiyaları sədrlərinin,
birinci instansiya məhkəmələri hakimlərinin
və sədrlərinin
təyin edilməsi ilə bağlı bəzi məsələlər
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Məhkəmə-Hüquq Şurasının təkliflərini
nəzərə alaraq,
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 9-cu və
32-ci bəndlərini rəhbər
tutaraq qərara alıram:
1. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan
Respublikası Qanununun
94-cü maddəsinə və
97-ci maddəsinin ikinci
hissəsinə uyğun
olaraq,
apellyasiya instansiyası
məhkəmələri üzrə:
1.1. Müşfiq
Kamil oğlu Həsənov Naxçıvan
Muxtar Respublikası Ali Məhkəməsi sədrinin müavini təyin edilsin;
1.2. Mehman
Dünyamalı oğlu
Allahverdiyev Naxçıvan
Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının
sədri təyin edilsin;
1.3. Əlizamin Gülzalı oğlu Abdullayev Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilsin;
1.4. Elçin
Məhəmməd oğlu
Mehdiyev Şəki Apellyasiya Məhkəməsinin
Mülki Kollegiyasının
sədri təyin edilsin;
inzibati məhkəmələr
üzrə:
1.5. Hicran
Xasay oğlu Muradov Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin
sədri təyin edilsin;
Naxçıvan Muxtar
Respublikasının rayon
(şəhər) məhkəmələri
üzrə:
1.6. Günay
Mikayıl qızı
İsmayıl Naxçıvan
Muxtar Respublikası Babək Rayon Məhkəməsinin sədri
təyin edilsin;
Bakı şəhərinin
rayon məhkəmələri
üzrə:
1.7. Şeyda
Ədalət qızı
Məhərrəmova Bakı
şəhəri Xəzər
Rayon Məhkəməsinin
hakimi və sədri vəzifələrindən
azad edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi
və sədri təyin edilsin;
1.8. Abbas
Əhəd oğlu Rzayev Bakı şəhəri Binəqədi
Rayon Məhkəməsinin
hakimi vəzifəsindən
azad edilərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi
və sədri təyin edilsin;
1.9. Xəyal
Əjdər oğlu Sarıyev Bakı şəhəri Qaradağ
Rayon Məhkəməsinin
hakimi və sədri təyin edilsin;
1.10. Azər
İslah oğlu Paşayev Bakı şəhəri Qaradağ
Rayon Məhkəməsinin
hakimi və sədri vəzifələrindən
azad edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi
və sədri təyin edilsin;
1.11. Elbəy
Hidayət oğlu Allahverdiyev Bakı şəhəri Xəzər
Rayon Məhkəməsinin
hakimi təyin edilsin;
rayon (şəhər)
məhkəmələri üzrə:
1.12. Fərid
İlham oğlu Əyyubov Abşeron Rayon Məhkəməsinin
hakimi və sədri təyin edilsin;
1.13. Natiq
Mehdi oğlu Abbasov Ağstafa Rayon Məhkəməsinin
sədri təyin edilsin;
1.14. Elmir
Xoşbəxt oğlu
Hüseynov Sumqayıt
Şəhər Məhkəməsinin
hakimi vəzifəsindən
azad edilərək Füzuli Rayon Məhkəməsinin hakimi
və sədri təyin edilsin;
1.15. Marif
Sabir oğlu Kazımov Gədəbəy
Rayon Məhkəməsinin
hakimi vəzifəsindən
azad edilərək Kürdəmir Rayon Məhkəməsinin hakimi
və sədri təyin edilsin;
1.16. Ruslan
Əliyar oğlu Əlizadə Yevlax Rayon Məhkəməsinin
sədri təyin edilsin;
1.17. Gülsarə
Kərimovna İmanova
Zəngilan Rayon Məhkəməsinin sədri
təyin edilsin;
1.18. Elşad
İbiş oğlu Əliyev Sumqayıt Şəhər Məhkəməsinin
hakimi təyin edilsin;
1.19. Elçin
Məmməd oğlu Kazımov Abşeron Rayon Məhkəməsinin
hakimi və sədri vəzifələrindən
azad edilərək Sumqayıt Şəhər
Məhkəməsinin hakimi
təyin edilsin.
2. Bu Sərəncam
imzalandığı gündən
qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
15 aprel 2025-ci il
Azərbaycan.-2025.- 16 aprel
(¹ 74).- S.2.