Gürcüstan
Prezidenti Heydər Əliyev Mərkəzində
olub
Azərbaycanda rəsmi
səfərdə olan
Gürcüstan Prezidenti
Mixeil Kavelaşvili aprelin 15-də Heydər Əliyev Mərkəzində
olub.
AZƏRTAC xəbər verir ki, qonağa
dünya memarlığının
nadir incilərindən
sayılan Heydər Əliyev Mərkəzinin binası haqqında məlumat verilib. Qeyd olunub ki,
Mərkəzin fəaliyyəti
Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin,
azərbaycançılıq ideologiyasının və
ictimai-siyasi irsinin dərindən öyrənilməsinə
və tədqiq edilməsinə yönəlib.
Mərkəzdəki Heydər Əliyev Muzeyində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi
illərində fəaliyyət
konsepsiyasının müxtəlif
aspektləri virtual şəkildə təqdim
olunur.
Gürcüstan Prezidenti
əvvəlcə Ulu Öndərin Azərbaycana
rəhbərlik etdiyi dövrlərdə - 1969-cu ildən
2003-cü ilə qədər
rəsmi istifadəsində
olan avtomobillərə
baxıb.
Ümummilli Liderin
həm sovet hakimiyyəti dövründə,
həm də müstəqillik illərində
həyata keçirdiyi
fəaliyyət konsepsiyasının
müxtəlif dövrlərini
əks etdirən eksponatlar, fotoşəkillər
və multimedia zalı qonaqda böyük maraq doğurub.
“Azərbaycan inciləri”
sərgisi ilə də tanış olan Gürcüstan Prezidentinə bu sərgidə ölkəmizin
tükənməz təbii
sərvətləri, çoxəsrlik
tarixi, mədəni irsi ilə bağlı
nadir eksponatların nümayiş etdirildiyi bildirilib. Burada qədim peşələrin,
o cümlədən Azərbaycan
xalçaçılıq məktəbinin nadir nümunələri sərgilənir,
milli çalğı
alətlərimizin orijinal
şəkildə - səsli
formada təqdim olunduğu diqqətə çatdırılıb. Qeyd
olunub ki, Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş
etdirildiyi sərgiyə
gələnlər burada
müxtəlif dillərdə
müqəddəs kitabları
da görə bilərlər.
"Klassik avtomobillər
sərgisi" ilə
də tanış olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili daha sonra xatirə kitabına ürək sözlərini yazıb.
Gürcüstan Prezidenti Mərkəzdən xoş təəssüratla ayrılıb.
Azərbaycan.-2025.- 16 aprel (№74).- S.3.