Qubernator: Qahirə ilə Bakı arasında imzalanmış memorandum geniş əməkdaşlığa yol açır

 

Qahirə ilə Bakı şəhəri arasında imzalanmış sənəd tərəflər arasında müxtəlif sahələrdə, o cümlədən mədəniyyət, elm, təhsil, səhiyyə, turizm s. sahələrdə əməkdaşlıq dostluq münasibətlərinin inkişafı məqsədini güdür.

AZƏRTAC xəbər verir ki, bunu Misirin Qahirə qubernatoru İbrahim Sabir Azərbaycanın Misirdə səfiri Elxan Poluxovla görüşündə deyib.

Qubernator bildirib ki, Misirlə Azərbaycan arasında geniş əlaqələr var. İki ölkə prezidentlərinin son qarşılıqlı səfərləri iqtisadiyyat, siyasət, mədəniyyət elm sahələrində əməkdaşlıq üçün yeni imkanlar açıb.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin iyununda Misirə səfəri zamanı imzalanmışAzərbaycan Respublikasının Bakı Şəhər İcra Hakimiyyəti ilə Misir Ərəb Respublikasının Qahirə Qubernatorluğu arasında dostluq əməkdaşlıq haqqında Anlaşma Memorandumuölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə töhfə verir.

 

Azərbaycan.-2025.- 16 aprel (№ 74).- S.7.