XİN: Fransanın ikiüzlü siyasəti regionda davamlı sülh perspektivlərinə
mane olur
Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun Fransanın Azərbaycandakı səfirinin
də istinad etdiyi iddialarını qətiyyətlə rədd
edir və pisləyirik.
Fransanın siyasətindəki
ikili yanaşma - sülh niyyətini bəyan edərkən münaqişəyə sürükləyən
davranışlar narahatlıq
doğuran uyğunsuzluğu
nümayiş etdirir. Belə ikiüzlü siyasət regionda davamlı sülh perspektivlərinə mane olur.
Fransanın Ermənistanı
öldürücü silahlarla
təmin etməsi, onun davamlı anti-Azərbaycan mövqeyi
ilə yanaşı, sülh prosesinə xələl gətirir və bu, xarici
işlər naziri Jan-Noel Baronun regional gərginliklə bağlı açıq şəkildə narahatlığını
ifadə etməsi ilə tamamilə ziddiyyət təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu
fikirləri Xarici İşlər Nazirliyinin
mətbuat katibi Ayxan Hacızadə Fransa rəsmilərinin Azərbaycan əleyhinə
iddiaları ilə bağlı yerli medianın sualına cavabında səsləndirib.
Onun sözlərinə
görə, sülh müqaviləsi layihəsi
üzərində işin
yekunlaşdırılması mühüm hadisə olsa da Fransa
tərəfi yaxşı
başa düşür
ki, sülh sazişinin imzalanması və davamlı sabitlik digər məsələlərlə yanaşı,
əsas problemlərin,
xüsusilə də Ermənistanın Konstitusiyasındakı
ərazi iddialarının
aradan qaldırılmasını,
habelə Minsk qrupunun və ATƏT-in digər əlaqəli
strukturlarının rəsmi
şəkildə ləğvini
tələb edir.
Bəşəriyyətə qarşı cinayətlərdə
təqsirləndirilən şəxslərin
məhkəmə proseslərinə
maneçilik törədilməsi
ölkənin suverenliyinə
müdaxilə olmaqla yanaşı, dəhşətli
qəddarlıqlara görə
məsuliyyətin müəyyən
edilməsi prosesini sarsıdır. Fransanın
bu cür müdaxiləsi cinayətkarları
qorumaqla, cəzasızlığın
davamına xidmət edir.
Fransa regional işlərimizə qarışmaq
əvəzinə, təkcə
Azərbaycan deyil, müxtəlif dövlətlər
tərəfindən böyük
tənqidlərə məruz
qalan, xüsusən də dənizaşırı
ərazilərində və
Afrikada həyata keçirdiyi neokolonial siyasətindən əl çəkməlidir.
A.Hacızadə bildirib
ki, Fransız neokolonializmi yerli əhalini və resurslarını istismar etməklə bərabər,
həmişə fransız
maraqlarını həmin
dövlətlərin rifahından
üstün tutub, habelə uzunmüddətli
qeyri-sabitlik və etnik gərginlik yaradıb.
Heç kimə
sirr deyil ki, Fransanın xarici siyasəti onun qondarma “sivilizasiya missiyası”nın
mənəvi cəhətdən
iflasa uğradığını
nümayiş etdirir.
“Sülhə xidmət etməyən və regionda sabitliyə xələl gətirən addımlara son qoymağı Fransadan tələb edirik”,- deyə mətbuat katibi vurğulayıb.
Azərbaycan.-2025.- 16 aprel (№ 74).- S.9.