Revanşistlərin
son çırpıntıları...
Ermənistanda revanşist
qüvvələr sülh
müqaviləsinin imzalanması
prosesinin baş tutmaması üçün
məkrli niyyətlərini
aşkarda nümayiş
etdirirlər. Amma buna əngəl olmaq üçün nə daxili, nə də xarici dəstəyə malik olduqlarını da çox yaxşı
başa düşürlər.
Ancaq bütün bunlara baxmayaraq yeni-yeni təxribatçı
bəyanat və populist çıxışları
ilə gündəmə
gəlməkdə davam
edirlər. Onlar Azərbaycanla şərti
sərhəddə təxribatlar
törətməklə yanaşı,
sülh prosesinə əngəl ola biləcək fikirlər, hətta terrora çağırış, yeni
müharibə hədələri
ilə də çıxış edirlər.
Ermənistan Xüsusi
Təyinatlı Polis Dəstəsi Veteranlar İttifaqının sədri
polkovnik Qrişa Sarkisyan bildirib ki, Ermənistan Azərbaycanın strateji obyektlərinə - xüsusilə,
Bakı-Tbilisi-Ceyhan neft
kəmərinə və
Mingəçevir Su-Elektrik
Stansiyasına raket zərbəsi endirməlidir:
"O zaman Azərbaycan
özü Ermənistandan
sülh diləyəcək".
Sarkisyan bu bəyanatlarla Ermənistanın
aktiv media resurslarından biri - 214 min abunəçisi olan və müxtəlif
erməni analitiklər
üçün platforma
rolunu oynayan "Noyan Tapan" telekanalının efirində
çıxış edib.
Müsahibə zamanı
o, həmçinin Ermənistan
konstitusiyasına görə,
"Qarabağın Ermənistana
məxsus olduğunu"
bildirib və müharibəyə hazır
olmağın vacibliyini
vurğulayıb: "Müharibədən
qorxmaq lazım deyil. Əgər düşmənin bizdən
çəkinməsini istəyiriksə,
istənilən anda döyüşməyə hazır
olduğumuzu göstərməliyik.
Biz o ölkəni daim qorxu içində
saxlamalıyıq".
Bu arada erməni hüquq müdafiəçisi, ictimai
xadim Nare Simonyan deyib ki, Qarabağdan Ermənistana köç etmiş şəxslərə
qarşı nifrət
nitqi yayılır ki, bu da
qısa müddətdə
Qarabağdan Ermənistana
köç etmiş şəxslərin mübarizə
aparmamasına, siyasi hüquqlarından əl çəkməsinə, uzunmüddətli
perspektivdə isə bu təzyiqləri daim hiss etməsinə,
özünü təcrid
etməsinə və bəlkə də digər məsələləri
nəzərə alaraq,
onların ölkəni
tərk etməsinə
imkan yaratmağa yönəlib.
Onun sözlərinə
görə, Nikol Paşinyan, Anna Hakopyan, Alen Simonyan və Arsen Torosyan Qarabağdan Ermənistana köç etmiş şəxslərə qarşı
nifrəti təbliğ
edirlər: "Siyahını
çox uzun şəkildə sadalaya bilərəm. Bu təzahürlərin real həyatda ifadəsi çox böyükdür,
Qarabağdan Ermənistana
köç etmiş şəxslərin sosial-psixoloji
durumuna təsiri çox güclüdür".
Göründüyü kimi, hər iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının
aktual olduğu bir dönəmdə hərbi xuntanın və ona bənzər
digər ara qızışdıranların bu cür sərsəm
bəyanatlar verməsi,
erməni xalqını
növbəti dəfə
fəlakətə sürükləmək
cəhdidir.
Qeyd edək ki, Azərbaycanla müharibədəki məğlubiyyət
Hayastanı elə bir uçuruma yuvarladıb ki, xilası mümkün deyil. Bütün bunlar, o cümlədən
Koçaryan və Sarkisyan kimi müharibə cinayətkarlarının
hakimiyyətləri dövründən
yığılıb qalmış
ağır problemlər
hazırki hakimiyyəti çətin
vəziyyətdə qoyub. Əslində, revanşist qüvvələr
çox yaxşı
başa düşürlər
ki, böyük siyasətə
qayıtmaq üçün
heç bir şansları yoxdur - xalq hələ onların hakimiyyət dövründəki acınacaqlı
vəziyyəti unutmayıb.
Ancaq yenə də özləri belə inanmayacağı qədər populist çıxışlarla gündəmi
zəbt erməyə çalışırlar.
Elçin CƏFƏROV,
Azərbaycan.-2025.-
16 aprel (№ 74).- S.11.