Ruben
Vardanyanın məhkəməsində
zərərçəkmiş şəxslər ifadə
verib
Azərbaycan Cinayət
Məcəlləsinin sülh
və insanlıq əleyhinə cinayətlər,
müharibə cinayətləri,
habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə
ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə
təqsirləndirilən Ermənistan
vətəndaşı Ruben Vardanyanın barəsində
cinayət işi üzrə məhkəmə
prosesi aprelin 15-də davam etdirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər
Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq
məhkəmə iclasında
(ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən
şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə
müdafiəsi üçün
özünün seçdiyi
vəkillə təmin
olunub.
Məhkəmə prosesi zərərçəkmiş şəxslərin
dindirilməsi ilə davam etdirilib.
Zeynal Ağayev
dindirmədən əvvəl
zərərçəkmiş şəxslərə qanunvericiliklə
nəzərdə tutulmuş
hüquqlarını və
vəzifələrini izah
edib.
Məhkəmədə zərərçəkmiş
şəxslər İlqar
Orucov, Mərdan Musayev, Anar Alıyev,
Xəzri Əhmədov,
Həsən Əliyev,
Elşad Əhmədov,
Fərid İlyaszadə,
Təbriz Ramazanov,
Saleh Həsənov, Cavid
Mehdizadə, Əzizağa
Qarayev, Nəriman
İbrahimov və digərləri
Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin
müxtəlif istiqamətlərdə
təxribatları zamanı
yaralandıqlarını bildiriblər.
Zərərçəkmişlərdən Elvin Məmmədli
ifadəsində Ermənistan
ordusunun qalıqları
və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən
törədilən təxribat
nəticəsində yaralanmış
əsgəri sanitar maşınla təxliyə
edərkən özünün
də yaralandığını
bildirib. O, sanitar maşının üzərində
uzaqdan görünən
qırmızı aypara
işarəsi olmasına
baxmayaraq, tank əleyhinə
silahla vurulduğunu deyib.
Nizami Baxşəliyev
dövlət ittihamçısı
Fuad Musayevin suallarına
cavab olaraq ön xətdən 7-8 kilometr geridə olarkən qarşı tərəfin atəşi
nəticəsində yaralandığını
bildirib və deyib: “Onların məqsədi torpaqları
işğal etmək idi”.
Ülvi Süleymanov
isə özünün
yaralandığını, döyüş yoldaşının
isə şəhid olduğunu qeyd edərək bildirib: “Döyüş yoldaşlarımdan
biri qucağımda
can verdi”.
İmran Həsənli isə dövlət ittihamçısı
Təranə Məmmədovanın
suallarını cavablandıran
zaman Ağdərə rayonunun
Sırxavənd kəndində
partlayış nəticəsində
qrup komandiri ilə eyni vaxtda
yaralandığını deyib.
Tural Məmmədzadə
də Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən
törədilən hərbi
təxribat zamanı artilleriya atəşi nəticəsində Ağdamda
qəlpə yarası
aldığını söyləyib.
Anar Rəhimli
dövlət ittihamçısı
Vüsal Abdullayevin suallarına cavab verərkən Ağdam rayonunun Yeddixırman ərazisində mülki şəxs kimi öz vəzifəsini icra edən zaman yaralandığını diqqətə
çatdırıb. “Ermənistanın
qanunsuz silahlı birləşməsinə rast
gəldik. Onlar bizim avtomobili atəşə tutdular. Mən sol qolumdan güllə yarası aldım”, - deyə o əlavə edib. Bildirib ki, nəticədə
onun qolu sınıb, avtomobilin aşması nəticəsində
isə sağ əlindən də sınıq xəsarəti
alıb.
“Həmin vaxt bizim yanımızda hərbçilərimiz yox idi. Biz onları görərkən geri qayıtmaq istədik. Geri qayıdanda bizi atəşə tutdular. Onların atəşi qorxutmaq üçün deyildi, davamlı atəş açırdılar”, - deyə o vurğulayıb.
Cavid Mehdizadə
düşmənin Ağdamın
Abdal-Gülablı kəndi
istiqamətində təxribatı
nəticəsində yaralandığını
bildirib. O əlavə
edib: “Yanımda iki döyüş yoldaşım şəhid
oldu, bir neçə nəfər yaralandı. Xəsarət
alarkən biz öz mövqeyimizdə idik. Qarşı tərəf mütəmadi
olaraq təxribat törədirdi”.
Valeh Nuriyev də düşmən tərəfin təxribatı
zamanı yaralandığını
bildirib.
Elşən İbrahimli Ağdamda snayper tüfəngindən açılan atəş nəticəsində yaralandığını söyləyib.
Zərərçəkənlərin
hər biri təqsirləndirilən şəxsə
ən ağır cəzanın verilməsini
məhkəmədən xahiş
edib.
Prosesdə, həmçinin
məhkəmə-tibbi ekspertizanın
rəyləri açıqlanıb.
Məhkəmənin növbəti iclası aprelin 22-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
Azərbaycan.-2025.- 16 aprel (¹ 74).- S.11.