"Kredit büroları haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
10-cu və 27-ci bəndlərini
rəhbər tutaraq qərara alır:
"Kredit büroları
haqqında" Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, № 12, maddə 1997 (Cild I); 2024, №
5 (I kitab), maddə
489, № 11, maddə 1193; Azərbaycan
Respublikasının 2025-ci il
18 mart tarixli 161-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər
edilsin:
1. 12-ci maddə üzrə:
1.1. 12.1-ci maddədə "Nisyə
mal alqı-satqısı
ilə məşğul
olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (təqvim ili ərzində nisyə satılmış malların
dövriyyəsi 100 000 manatdan
çox olduqda) və kredit" sözləri "Kredit"
sözü ilə əvəz edilsin;
1.2. 12.2.3-cü maddədən
"bu Qanunun 12.1-ci maddəsində nəzərdə
tutulmuş şəxslər
istisna olmaqla, digər" sözləri
çıxarılsın.
2. 15.5-ci maddədən
"və bu Qanunun 12.1-ci maddəsində
nəzərdə tutulan
nisyə mal alqı-satqısı ilə
məşğul olan şəxslər" sözləri
çıxarılsın.
3. 22.6-cı maddədən "nisyə
mal alqı-satqısı
ilə məşğul
olan şəxslər
və" sözləri
çıxarılsın.
4. 23.3-2-ci maddə ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
11 aprel 2025-ci il
Azərbaycan.-2025.- 20 aprel
(№ 78).- S.2.