"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
27-ci bəndini rəhbər
tutaraq qərara alır:
"Mühasibat uçotu
haqqında" Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, № 8, maddə 605 (Cild I);
2024, № 1, maddələr 2, 11, № 7, maddə 764) aşağıdakı
dəyişikliklər edilsin:
1. 3.1-1.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
3.1-1.4-cü maddə əlavə
edilsin:
"3.1-1.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) müəyyən etdiyi mərhələlərə
uyğun olaraq büdcə təşkilatlarında.".
2. Aşağıdakı məzmunda 4-1-ci maddə əlavə edilsin:
"Maddə 4-1. "e-mühasibat"
informasiya sistemi
4-1.1. Müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqanın (qurumun)
"e-mühasibat" informasiya
sistemi aşağıdakıları
təmin edir:
4-1.1.1. bu Qanunun 15.1-ci maddəsinin tələbləri
nəzərə alınmaqla
mühasibat uçotu
subyektləri tərəfindən
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqana (quruma) təqdim edilməli olan maliyyə hesabatlarının "Elektron
imza və elektron sənəd haqqında" Azərbaycan
Respublikasının Qanununa
uyğun olaraq elektron qaydada təqdim
edilməsini;
4-1.1.2. mühasibat uçotu subyektləri tərəfindən
istifadə edilməsi
üçün bu Qanunun 4.3.1-ci maddəsində
nəzərdə tutulan
beynəlxalq standartların
Azərbaycan dilində
dərc olunan rəsmi mətnlərinin,
mühasibat uçotunu
tənzimləyən hüquqi
aktların Azərbaycan
Respublikasının Hüquqi
Aktların Dövlət
Reyestrində dərc edilmiş elektron mətnlərinə keçidinin,
mühasibat uçotunun
aparılmasını təmin
edən proqram təminatlarının və
maarifləndirici məlumatların
yerləşdirilməsini.".
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
7 mart 2025-ci il
Azərbaycan.-2025.- 20 aprel
(№ 78).- S.3.