"Məhkəmələr
və hakimlər haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2024-cü il 29 mart tarixli
1115-VIQD nömrəli Qanununun
icrası ilə əlaqədar Azərbaycan
Respublikası Prezidentinin
bəzi fərmanlarında
və Sərəncamında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2024-cü il
29 mart tarixli
1115-VIQD nömrəli Qanununun
icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
18 aprel tarixli 391 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2006, ¹ 4, maddə 323 (Cild
I); 2024, ¹ 1, maddə 31, ¹ 3, maddə 257, ¹ 5 (II kitab), maddələr 516, 518, ¹ 9, maddə
999, ¹ 12 (II kitab), maddə
1378) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi haqqında Əsasnamə"də aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 8.9-cu bənddə "fəaliyyətinin
təşkilati" sözləri
"maliyyə və digər maddi-texniki" sözləri ilə əvəz edilsin;
1.2. 9.20-ci, 9.21-ci və 10.10-10.14-cü bəndlər
ləğv edilsin;
1.3. 16.4-cü bənddən ", habelə
müvafiq məhkəmə
aparatlarının" sözləri
çıxarılsın və
həmin bəndə
"təsdiq edir"
sözlərindən sonra
", habelə müvafiq
məhkəmə aparatlarının
xərclər smetasını
müəyyən edir"
sözləri əlavə
edilsin.
2. "Məhkəmə-hüquq sistemində islahatların
dərinləşdirilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2019-cu il 3 aprel tarixli 604 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2019, ¹ 4, maddə
604 (Cild I) aşağıdakı
dəyişikliklər edilsin:
2.1. 5.4.3-cü yarımbəndin sonunda nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz olunsun və aşağıdakı
məzmunda 5.5-ci bənd
əlavə edilsin:
"5.5. ədalət mühakiməsinin əlçatanlığını
və şəffaflığını
daha da artırmaq
məqsədilə:
5.5.1. "Elektron məhkəmə"
informasiya sistemində
dərc edilən məhkəmə qərarları
üzrə müxtəlif
meyarlar əsasında
effektiv axtarış aparmaq üçün müvafiq funksional imkan yaradılması üçün tədbirlər
görsün;
5.5.2. fiziki və
hüquqi şəxslərin
"Elektron məhkəmə"
informasiya sistemindən
istifadəsinin təşviqi
üçün tədbirlər
görsün.";
2.2. 7.5-ci bənd
ləğv edilsin.
3. Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 27
fevral tarixli 946 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2020, ¹ 2, maddə 104 (Cild
I) ilə təsdiq edilmiş "Valideyn himayəsindən məhrum
olmuş uşaqların
övladlığa götürülməsi,
o cümlədən Azərbaycan
Respublikasının vətəndaşı
olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa
götürülməsi Qaydası"na
aşağıdakı məzmunda
2.1.8-2-ci yarımbənd əlavə
edilsin:
"2.1.8-2. Məhkəmə-Hüquq
Şurası;".
4. "Elektron məhkəmə"
informasiya sistemi haqqında Əsasnamə"nin
təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2020, ¹ 6, maddə
685 (Cild I); 2024, ¹ 6 (I kitab),
maddə 654, ¹ 8, maddə
937) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 3-cü hissəyə "Ali Məhkəməsinə" sözlərindən
sonra "və Məhkəmə-Hüquq Şurasına"
sözləri əlavə
edilsin və həmin hissədən
"və Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyinə tapşırılsın"
sözləri çıxarılsın;
4.2. 6-cı hissə aşağıdakı
redaksiyada verilsin:
"6. Məhkəmə-Hüquq Şurasına tövsiyə
edilsin ki, Azərbaycan Respublikasının
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət
Xidməti ilə birlikdə "Elektron məhkəmə" informasiya
sisteminin təhlükəsizliyinin
təmin edilməsi üçün zəruri
tədbirlər görsün.";
4.3. həmin
Fərmanla təsdiq edilmiş "Elektron məhkəmə" informasiya
sistemi haqqında Əsasnamə" üzrə:
4.3.1. 1.4-cü bənddə "Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin"
sözləri "Məhkəmə-Hüquq
Şurasının" sözləri
ilə əvəz edilsin;
4.3.2. 2.1.3-cü yarımbənddə
"Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi"
sözləri "Məhkəmə-Hüquq
Şurası" sözləri
ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1206 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2020, ¹ 12 (I kitab), maddə
1468 (Cild I); 2024, ¹ 6 (I kitab),
maddə 654) ilə təsdiq edilmiş "Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə" altsisteminə inteqrasiya olunacaq dövlət orqanlarının (qurumlarının)
və digər aidiyyəti qurumların informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı"nda aşağıdakı
dəyişikliklər edilsin:
5.1. 3.3-cü bənd ləğv edilsin;
5.2. aşağıdakı
məzmunda on birinci hissə əlavə edilsin:
Məhkəmə-Hüquq Şurası üzrə
11.1.“Elektron məhkəmə” informasiya sistemi
6. "Elektron məhkəmə"
informasiya sisteminin yaradılması haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il
13 fevral tarixli 268 nömrəli Sərəncamının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2014, ¹ 2, maddə 156 (Cild
I) 3-cü hissəsi ləğv
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
19 aprel 2025-ci il
Azərbaycan.-
2025.- 20 aprel (¹ 78).- S.2.