"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin
edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
"Azərbaycan Dövlət
Su Ehtiyatları Agentliyinin fəaliyyətinin
təmin edilməsi ilə bağlı bir sıra tədbirlər
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2023, № 11, maddə
1510 (Cild I); 2024, № 7, maddə
821, № 9, maddə 1005,
№ 11, maddə 1205; Azərbaycan
Respublikası Prezidentinin
2025-ci il 20 fevral tarixli 337 nömrəli Fərmanı) 4-cü hissəsində
"146" rəqəmləri
"164" rəqəmləri ilə, "51" rəqəmləri
"57" rəqəmləri ilə və "95" rəqəmləri "107" rəqəmləri ilə
əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
19 aprel 2025-ci il
Azərbaycan.-2025.- 20 aprel
(№ 78).- S.2.