"Məhkəmələr
və hakimlər haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2024-cü il 29 mart tarixli
1115-VIQD nömrəli Qanununun
icrası ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi
qanunlarında dəyişiklik
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2025-ci il 28 fevral tarixli 147-VIIQD nömrəli
Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan
Respublikası Prezidentinin
bəzi fərmanlarında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Məhkəmələr
və hakimlər haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2024-cü il 29 mart tarixli
1115-VIQD nömrəli Qanununun
icrası ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi
qanunlarında dəyişiklik
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2025-ci il
28 fevral tarixli
147-VIIQD nömrəli Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən edilsin ki, "Məhkəmə-Hüquq Şurası
haqqında" Azərbaycan
Respublikası Qanununun
12.0.20-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
həyata keçirir.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti
"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2024-cü il 29 mart tarixli
1115-VIQD nömrəli Qanununun
icrası ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi
qanunlarında dəyişiklik
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2025-ci il 28 fevral tarixli 147-VIIQD nömrəli
Qanunundan irəli gələn məsələləri
həll etsin.
3. "Azərbaycan Respublikasının
Mülki Prosessual Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında"
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 22
yanvar tarixli 265 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 1, maddə 44 (Cild
I) 2.1-2-ci bəndi ləğv
edilsin.
4. "Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan
Respublikası Qanununun
və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin tətbiq
edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 25
avqust tarixli 387 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 8 (III kitab), maddə
610 (Cild I); 2024, ¹ 1, maddələr
24, 33, ¹ 4, maddə 387, ¹ 8, maddə
945) 2-ci hissəsinin yeddinci
abzasından "51-1.2-ci maddəsində,"
sözləri çıxarılsın.
5. "Məhkəmə-Hüquq Şurası haqqında"
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 28
yanvar tarixli 183 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005, ¹ 1, maddə 17 (Cild
I); 2024, ¹ 12 (II kitab), maddə
1354)2-ci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
5.1. 2.2-ci bəndə
"6.2.6-cı" sözlərindən sonra ",12.0.20-ci" sözləri
əlavə edilsin;
5.2. 2.3-cü bənd ləğv edilsin.
6. "Azərbaycan Respublikasının
İnzibati Prosessual Məcəlləsinin təsdiq
edilməsi haqqında"
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 30
oktyabr tarixli 177 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, ¹ 10, maddə 790 (Cild
I) 2.2-ci bəndindən "9-1.2-ci maddəsində və"
sözləri çıxarılsın.
7. "Məhkəmə-Hüquq Şurası haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə"
Azərbaycan Respublikasının
2013-cü il 22 oktyabr tarixli 770-IVQD nömrəli
Qanununun tətbiqi haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2013-cü il 18 dekabr tarixli 50 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2013, ¹ 12, maddə
1517(Cild I) 3-cü hissəsi
ləğv edilsin.
8. "Azərbaycan Respublikasının
Mülki Prosessual Məcəlləsində dəyişiklik
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2018-ci il 28 dekabr tarixli 1436-VQD nömrəli
Qanununun tətbiqi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 28 dekabr tarixli 455 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2018, ¹ 12 (I kitab),
maddə 2612 (Cild I)
3-cü hissəsi ləğv
edilsin.
9. "Azərbaycan Respublikasının
İnzibati Prosessual Məcəlləsində dəyişiklik
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2022-ci il 23 dekabr tarixli 757-VIQD nömrəli
Qanununun tətbiqi və "Azərbaycan Respublikasının İnzibati
Prosessual Məcəlləsinin
təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2009-cu il 30 oktyabr tarixli 177 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2023-cü il
7 fevral tarixli 2032 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2023, ¹ 2, maddə 240 (Cild
I) 1-ci hissəsi ləğv
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
19 aprel 2025-ci il
Azərbaycan.-2025.-
20 aprel (¹ 78).- S.2.