"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2025-ci il 7 mart tarixli 154-VIIQD nömrəli
Qanununun tətbiqi və "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Mühasibat
uçotu haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2025-ci il 7 mart tarixli 154-VIIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası
Qanununun 3.1-1.4-cü maddəsində,
4-1.1-ci maddəsinin birinci
abzasında və
4-1.1.1-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun
3.1-1.4-cü maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər
Kabineti nəzərdə
tutulur;
1.3. həmin Qanunun
4-1.1-ci maddəsinin birinci
abzasında və
4-1.1.1-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi nəzərdə
tutulur.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
2.1. "e-mühasibat" informasiya sistemi haqqında əsasnaməni
dörd ay müddətində təsdiq
edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
2.2. "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-1.4-cü maddəsinə uyğun olaraq, büdcə təşkilatlarında mühasibat uçotunun elektron formada aparılması mərhələlərini üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli
154-VIIQD nömrəli Qanunundan
irəli gələn digər məsələləri
həll etsin.
3. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi:
3.1. "e-mühasibat" informasiya sisteminin (bundan sonra - Sistem) formalaşdırılması,
aparılması, fəaliyyətinin
təşkili və inkişaf etdirilməsi üçün zəruri
tədbirlər görsün;
3.2. Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyi ilə birlikdə Sistemin Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı
ilə təsdiq edilmiş "Hökumət
buludu" (G-cloud) Konsepsiyası"na uyğun
olaraq "Hökumət
buludu"nda yerləşdirilməsi,
aparılması və
təkmilləşdirilməsi, habelə Sistemin "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin
və elektron xidmətlərin vahid reyestri"nə və fərdi məlumatların
informasiya sistemlərinin
dövlət reyestrinə
daxil edilməsi üçün tədbirlər
görsün.
4. Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət
Xidməti "Dövlət
informasiya ehtiyatları
və sistemlərinin formalaşdırılması, aparılması,
inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın
təsdiq edilməsi və elektron hökumətlə bağlı
bəzi tədbirlər
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən
irəli gələn tədbirlərin həyata
keçirilməsini təmin
etsinlər.
5. "Mühasibat uçotu
haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2005, № 2, maddə
68 (Cild I); 2024, № 1, maddə
26, № 7, maddə 807) 2-ci hissəsində
aşağıdakı dəyişikliklər
edilsin:
5.1. 2.1-ci bəndə
"3.1-1.1-ci," sözlərindən sonra "3.1-1.4-cü maddələrində,
4-1.1-ci maddəsinin birinci
abzasında, 4-1.1.1-ci," sözləri
əlavə edilsin;
5.2. 2.2-2-ci bəndə "həmin Qanunun" sözlərindən
sonra "3.1-1.4-cü maddəsində
və" sözləri
əlavə edilsin;
5.3. aşağıdakı məzmunda 2.2-3-cü bənd
əlavə edilsin:
"2.2-3. həmin Qanunun 4-1.1-ci maddəsinin
birinci abzasında və 4-1.1.1-ci maddəsində
"orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi nəzərdə
tutulur;".
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 19 aprel
2025-ci il
Azərbaycan.-2025.-
20 aprel (№ 78).- S.3.