Azərbaycan Respublikası Nazirlər KabinetininPenitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya mərkəzlərinin yaradılması haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2008-ci il 13 iyun tarixli 138 nömrəli Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nəzdində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin strukturunun təsdiq edilməsi işçilərinin say həddinin müəyyən edilməsi haqqında” 2019-cu il 12 mart tarixli 87 nömrəli qərarlarının ləğv edilməsi barədə

 

¹ 112

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya mərkəzlərinin yaradılması haqqında Əsasnamə”nin təsdiq edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 138 nömrəli (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 6, maddə 590 (Cild I); 2024, ¹ 2, maddə 209) Qərarı ləğv edilsin.

2. “Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nəzdində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin strukturunun təsdiq edilməsi işçilərinin say həddinin müəyyən edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 mart tarixli 87 nömrəli (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 3, maddə 521 (Cild I) Qərarı ləğv edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 16 ” “ aprel ” 2025-ci il

Azərbaycan.-2025.- 20 aprel (¹ 78).- S.3.