“Uşaq hüquqlarının həyata
keçirilməsinə dair
elektron məlumat bankının təşkili
və aparılması
Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2013-cü il
15 yanvar tarixli 5 nömrəli Qərarında
dəyişiklik edilməsi
haqqında
¹ 113
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2013-cü il 15 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2013, ¹ 1, maddə
66 (Cild I); 2024, ¹ 1, maddələr
96, 110) ilə təsdiq
edilmiş “Uşaq hüquqlarının həyata
keçirilməsinə dair
elektron məlumat bankının təşkili
və aparılması
Qaydası” yeni redaksiyada verilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi:
2.1. Uşaq hüquqlarının
həyata keçirilməsinə
dair elektron məlumat bankının (bundan sonra Məlumat
bankı) formalaşdırılmasını
doqquz ay müddətinədək təmin
etsin;
2.2. Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyi ilə birlikdə Məlumat bankının “Dövlət
informasiya ehtiyatlarının,
sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə
daxil edilməsini, həmçinin fərdi məlumatların informasiya
ehtiyatlarının və
sistemlərinin dövlət
reyestrində qeydiyyata
alınmasını təmin
etsin.
3. Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyi:
3.1. Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyasına uyğun olaraq, Azərbaycan Respublikasının Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə Məlumat bankının, o cümlədən
Məlumat bankında toplanılan məlumatların
(sənədlərin) ehtiyat
nüsxələrinin “Hökumət
buludu”nda yerləşdirilməsini təmin
etsin;
3.2. Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 12
sentyabr tarixli 263 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması,
inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na
uyğun olaraq, Məlumat bankının aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini
Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin.
4. Azərbaycan Respublikasının
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət
Xidməti:
4.1. Məlumat bankını
mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etsin;
4.2. Məlumat bankının
təhlükəsizlik meyarları
üzrə monitorinqini
və ildə bir dəfədən az olmayaraq təhlükəsizlik
üzrə auditini həyata keçirsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
“ 17 ” “ aprel ” 2025-ci il
Azərbaycan.-2025.-
20 aprel (¹ 78).- S.3.