Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 8 fevral tarixli 75 nömrəli Qərarı
ilə təsdiq edilmiş “Sağlamlıq
imkanları məhdud olan şəxslərin təhsili üçün
xüsusi təhsilin dövlət standartları”nda
dəyişiklik edilməsi
haqqında
¹ 115
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, “Müəlliflik
hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları
məhdud şəxslərin
təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2024-cü il 8 oktyabr tarixli
47-VIIQD nömrəli Qanununun
icrasını təmin
etmək məqsədilə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2024-cü il 8 fevral tarixli 75 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2024, ¹ 2, maddə
207) ilə təsdiq edilmiş “Sağlamlıq
imkanları məhdud olan şəxslərin təhsili üçün
xüsusi təhsilin dövlət standartları”nda
aşağıdakı dəyişikliklər
edilsin:
1. 7.11-ci bənddə “məhdud olanlar və zəif görənlər” sözləri
“və qismən məhdud olanlar” sözləri ilə əvəz edilsin.
2. 7.15.5-ci yarımbəndin birinci cümləsində
“məhdud olanların
və zəif görənlərin” sözləri
“və qismən məhdud olanların” sözləri ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
“ 18 ” “ aprel ” 2025-ci il
Azərbaycan.-2025.- 20 aprel
(¹ 78).- S.3.