Ədliyyə orqanları işçilərinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Penitensiar xidmətinin Tibb Baş İdarəsinin dövlət qulluqçusu olmayan mülki işçilərinin, Penitensiar xidmətinin müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçularının vəzifə maaşlarının məbləğlərinin müəyyən edilməsi Azərbayñan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının onların struktur elementlərinin ləğv edilməsi haqqındaAzərbayñan Respublikası Nazirlər Kabinetinin 2018-ñi il 10 aprel tarixli 143-8 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

 

¹ 114

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası PrezidentininBəzi dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq tarif (vəzifə) maaşlarının artırılması haqqında” 2025-ci il 27 yanvar tarixli 296 nömrəli Fərmanının 3-cü hissəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Tibb baş idarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması haqqında” 2025-ci il 27 yanvar tarixli 302 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbayñan Respublikası Nazirlər Kabinetinin 2018-ñi il 10 aprel tarixli 143-8 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, (Cild I); 2024, ¹ 10, maddə 1175) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Tibb Baş İdarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləriyeni redaksiyada təsdiq edilsin (əlavə olunur)*;

1.2. həmin Qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Penitensiar xidmətinin Tibb Baş İdarəsinin dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının məbləğləriyeni redaksiyada təsdiq edilsin (əlavə olunur)*;

1.3. həmin Qərarla təsdiq edilmiş 5 nömrəli əlavə - “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçularının aylıq vəzifə maaşlarının məbləğləriyeni redaksiyada təsdiq edilsin (əlavə olunur)*.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tövsiyə olunsun ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri barədə müvafiq qərar qəbul etsin.

4. Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

 

___________

 

*Əlavələr dərc edilmir.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 17 ”aprel ” 2025-ci il

Azərbaycan.-2025.- 20 aprel (¹ 78).- S.3.