İstanbulda İsrail-Fələstin qarşıdurmasının dayandırılması məqsədilə parlamentarilərin ilk iclası keçirilib

 

İstanbulda İsrail ilə Fələstin arasında davam edən qarşıdurmanın dayandırılması məqsədiləFələstini dəstəkləyən parlamentlər qrupununilk toplantısı baş tutub. Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun ev sahibliyi ilə təşkil olunan tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

AZƏRTAC xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən Numan Kurtulmuş bu müharibənin dayandırılması istiqamətində hazırkı beynəlxalq sistemin fəaliyyətsizliyini vurğulayaraq qlobal güclərin dünyada ədaləti, haqqın müdafiəsini tarazlığı təmin etmək güc qabiliyyətini itirdiyini deyib.

Tədbirdə çıxış edən Türkiyə Prezidenti toplantının əsas məqsədinin İsrail ilə Fələstin arasında, o cümlədən bölgədə sülhün təmini bəşəri dəyərlərin müdafiəsi olduğunu qeyd edərək, qlobal sabitliyin yolunun Yaxın Şərqdən keçdiyini bildirib.

Toplantıda ölkəmizi təmsil edən Milli Məclis sədrinin müavini Əli Əhmədov deyib ki, Azərbaycan sülh, əməkdaşlıq ideallarına prinsiplərinə ürəkdən bağlı ölkədir. Vaxtilə işğala etnik təmizlənməyə məruz qalmış Azərbaycan müharibə qarşıdurmaya deyil, sülh əməkdaşlığa üstünlük verir. Azərbaycan cari ilin yanvarında Qəzza bölgəsində əldə edilmiş atəşkəsi alqışlayır, müvafiq qaydada yerinə yetiriləcəyi davamlılığına ümidvardır.

O, bildirib ki, ölkəmiz bütün tərəfləri təmkinli olmağa, onsuz da həssas olan atəşkəsə təhlükə yarada biləcək vəziyyəti gərginləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırır.

Tədbir digər çıxışlar mövzu ilə bağlı müzakirələrlə davam etdirilib.

 

Azərbaycan.-2025.- 20 aprel (№ 78).- S.3.