Birol Akgün:
“Biz qardaş ölkə kimi Azərbaycanın uğurlarını,
Qarabağdakı inkişafı
görməkdən çox
şadıq”
Xankəndi şəhərinin
azad olunmasından qısa müddət keçməsinə baxmayaraq,
buranın ictimai və təhsil həyatı həqiqətən
də öz təbii axarına qayıdıb, sosial həyat bərpa olunub. Qarabağ Universitetini ziyarət etdik. Tələbələri
dinamik, həyəcanlı
və enerjilidirlər.
Tələbələr mühəndislik
kimi bir çox sahələrdə
təhsil alırlar, lakin ingiliscə də çox yaxşı danışırlar.
Bu o deməkdir ki, Qarabağ bölgəsində, o cümlədən
Xankəndi və Şuşada - bu bölgələrdə qarşıdakı
dövrdə çox
istedadlı insanlar yetişəcək.
Bu sözləri
AZƏRTAC-ın bölgə
müxbirinə Türkiyənin
ölkəmizdəki səfiri
Birol Akgün Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin
Xankəndiyə səfəri
çərçivəsində Qarabağ Universitetində
keçirilən tədbirdən
sonra bildirib.
“Biz Azərbaycan hökumətinin bu bölgədə həyata keçirdiyi işləri görməkdən məmnunuq. Bu, Prezident İlham Əliyevin dəstəyi, rəhbərliyi nəticəsində əldə olunub. Biz qardaş ölkə kimi Azərbaycanın uğurlarını, Qarabağdakı inkişafı görməkdən çox şadıq. Böyük Atatürkün dediyi kimi, “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir”, - deyə o əlavə edib.
Azərbaycan.-2025.- 20 aprel (№ 78).- S.4.