Ədalət
mühakiməsi təqsirləndirilən
erməniəsilli şəxslərin
müharibə cinayətlərini
bir-bir üzə çıxarır
Ədalət mühakiməsi
təqsirləndirilən erməniəsilli
şəxslərin müharibə
cinayətlərini bir-bir
üzə çıxarır
Torpaqlarımız işğaldan
qurtarıldıqdan və
suverenliyimiz təmin olunduqdan sonra növbə gəlib çatdı 30 illik dövr ərzində milli nifrət zəminində azərbaycanlılara
qarşı kütləvi
qətllər, soyqırımlar
törədən erməni
faşistlərinin ədalət
divanına çəkilməsinə.
Bu gün xalqımıza qarşı
silsilə hərbi cinayətlər törətmiş
erməniəsilli şəxslərin
bir qisminin Bakıda məhkəməyə
çıxarılması, qanlı
əməllərinə görə
cavab vermələri həm də haqqın öz yerini tapması deməkdir. Bu məhkəmə prosesində
çoxsaylı cinayətlərdə
təqsirləndirilən Ermənistan
vətəndaşları Arayik
Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan, o cümlədən
Ruben Vardanyan və digərləri törətdikləri əməllərə
görə ittiham edilirlər.
Onsuz da, Birinci Qarabağ müharibəsi dövründə,
işğal müddətində,
eləcə də İkinci Qarabağ müharibəsi zamanı təcavüzkar Ermənistan
tərəfindən məqsədyönlü
və sistemli şəkildə azərbaycanlılara
qarşı törədilən
hərbi cinayətlərlə
bağlı kifayət
qədər faktlar və dəlillər mövcuddur. Erməni qaniçənlərinin murdar
əməllərini vaxtilə
Ermənistana rəhbərlik
etmiş Levon Ter-Petrosyan, Serj Sarkisyan, Robert Koçaryan
da açıq şəkildə etiraf ediblər. Özü də geniş publika qarşısında,
beynəlxalq platformalarda,
KİV-lərdə...
O cümlədən Bakıda keçirilən
ədalət məhkəməsində
təqsirləndirilən erməniəsilli
şəxslər xalqımız
əleyhinə törətdikləri
cinayət əməllərini
bir-bir etiraf edirlər.
"Madat mənə
yaxınlaşdı, üstündəki
süngü-bıçağı çıxarıb mənə
sancdı"
Məhkəmə prosesinin
aprelin 18-də davam etdirilən baxış iclasında da anoloji hal yaşanıb.
Bu dəfəki prosesdə Xocalı soyqırımında iştirakı
müəyyən edilmiş
təqsirləndirilən şəxs
Madat Babayan dindirilmə zamanı Xocalıda silahsız insanların qətlində
iştirakını etiraf
edib, "Səhv etmişik", deyib.
Madat Babayanın
məhkəmədə bu
ifadəni dilə gətirməsi onun peşmançılıq hisslərindən
doğmur, sadəcə
proses zamanı qarşısına qoyulan fakt və dəlilləri
gördükdən sonra
erməni qaniçəni
törətdiklərini etiraf
etməyə məcbur
qalıb.
Belə ki, zərərçəkmiş şəxs
Yaşar Əlməmmədov
1956-cı ildə Xocalı
şəhərində anadan
olduğunu, orada ailəsi ilə birlikdə yaşadığını
bildirib. O, təqsirləndirilən
şəxslərdən Bako
Sahakyanı, Arkadi Qukasyanı və Madat Babayanı tanıdığını deyib.
Y.Əlməmmədov bildirib ki, fevralın
27-də Pircamal kəndi
yaxınlığında onlar
girov götürülüb.
O, əsirlikdə olduğu
müddətdə qolunun,
barmağının, qabırğalarının,
ayağının sındırıldığını
və digər xəsarətlər aldığını
söyləyib: "Erməni
hərbçilər, şəxsən
Madat Babayan özü mənə işgəncə verib. Əsir olan vaxt Madat mənə
yaxınlaşdı, "sən
türksən" deyib
təpiklədi, sonra təhqir etdi. Üstündəki süngü-bıçağı
çıxarıb mənə
sancdı...
...Madat Babayan, tərkibində olduğu silahlı dəstəsindəki
hərbçilər Axıska
türkü olan iki qardaşı gözümüzün qabağında
güllələyib öldürdülər.
Onlar əsir götürdükləri azərbaycanlıların
bəzilərini aparıb
qəbirlərin üstündə
başlarını kəsirdilər,
bəzilərini də
kilsədə asırdılar".
Sözügedən tarixdə
keçirilən məhkəmə
prosesində Xocalı
soyqırımı ilə
bağlı kadrlar nümayiş etdirilib, həmin videomateriallarda müxtəlif yaş qrupundan olan kişilərin və qadınların, o cümlədən
uşaqların və
qocaların meyitlərinin
görüntüləri yer
alıb. Meyitlərin bir hissəsi dərisi soyulmuş, gözləri çıxarılmış,
bəzi əzaları
kəsilmiş vəziyyətdə
olub.
Bu zaman təqsirləndirilən erməniəsilli
şəxslərin bəzilərinin
videogörüntülərin onlara guya pis
təsir etdiyini öz hərəkətləri
ilə nümayişkaranə
şəkildə göstərmələri
isə sözün əsl mənasında erməni həyasızlığını
bir daha iyrənc formada nümayiş etdirib.
Axı elə Xocalıda insanlarımızı
girov görürən,
onlara dəhşətli
işgəncələr verərək
öldürən, meyitlərini
təhqir edən də elə Madat Babayanlardır...
"İnsanların barmaqlarını, meyitlərin
qulaqlarını kəsirdilər..."
Məhkəmədə qarşısına qoyulan faktlardan, dəlillərdən,
Xocalı soyqırımını
törədənlərdən biri olması gerçəyindən qaça
bilməyəcəyini anlayan
Madat Babayanın "dili açılıb"
və o törətdiyi
qanlı əməlləri
etiraf etməyə başlayıb.
Belə ki, Xocalı soyqırımında
iştirakı müəyyən
edilmiş təqsirləndirilən
şəxs Madat Babayan dindirilməsi zamanı 1992-ci il fevralın 25-də və
26-da Xocalıda olduğunu
təsdiqləyib və
deyib: "Bizi oraya dəstə rəhbərimiz aparmışdı.
Adı Henrik Tamrazyan idi. Məqsəd o idi ki, azərbaycanlılar Xocalıdan çıxarılsın".
M.Babayan dəstələrində
20 nəfərin olduğunu,
başqa dəstələrin
də olduğunu deyib. Əlavə edib ki, Rembert
Karapetyan, Valeri Sarkisyan adlı dəstə rəhbərlərini
xatırlayır.
"Bizim dəstənin
üzvlərindən isə
Valeri Petrosyan, David Qriqoryan, Albert Qriqoryan, Şirin Şirinyan, Spartak Akopyanı xatırlayıram",
- deyə o vurğulayıb.
Təqsirləndirilən şəxs Xocalıda bütün əmrləri
"Xolostoy" ləqəbli
Arkadi Şirinyanın
verdiyini deyib və əlavə edib: "Bizə isə əmrləri Vanik Petrosyan verirdi. Silahsız insanlara atəş açıb onların qətlə yetirilməsi əmrini Vanik verib. Vanik və
Arkadi insanların barmaqlarını, meyitlərin
qulaqlarını kəsirdilər".
O, Xocalıda aralarında
uşaqların, qocaların
və qadınların
da olduğu təxminən 150 meyit gördüyünü, meyitlərin
erməni hərbçilər
tərəfindən maşınlara
yığılaraq aparıldığını
bildirib.
Göründüyü kimi, Bakıda keçirilən ədalət
məhkəməsində təqsirləndirilən
erməniəsilli şəxslər
xalqımıza qarşı
soyqırımlar törətdiklərini,
hərbi cinayət əməllərini etiraf edirlər. Bütün bu etiraflar həm
də təcavüzkar
və işğalçı
Ermənistan, erməni
faşistləri tərəfindən
ölkəmizə, xalqımıza
qarşı həyata
keçirilən müharibə
cinayətlərinin ifşasıdır.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2025.-
20 aprel (№ 78).- S.7.