Türkiyəli
ekspert: “Beynəlxalq hüquq
Qərbi Azərbaycana
qayıdış haqqını
birmənalı olaraq
dəstəkləyir”
Beynəlxalq hüquq
deportasiya edilmiş və zorla qovulmuş
insanların öz tarixi torpaqlarına qayıtmaq hüququnu açıq şəkildə
tanıyır. Qərbi
Azərbaycandan qovulmuş
yüz minlərlə
azərbaycanlı bu hüquqdan yararlana bilər və istifadə etməlidir.
Bu sözləri
Yıldız Texniki Universitetinin Siyasət və beynəlxalq əlaqələr kafedrasının
müdiri, professor Mehmet Akif Okur
Ankarada AZƏRTAC-a müsahibəsində
deyib.
Onun sözlərinə
görə, tarix boyu, o cümlədən nisbətən yaxın keçmişdə insanların
tarixi yaşayış
yerlərinə qayıtması
halları olub. “Məsələn, Balkan yarımadasında serb qoşunlarının təhlükəsi
ilə evlərini tərk edən bosniyalılar son nəticədə beynəlxalq
ictimaiyyətin müdaxiləsi
sayəsində öz
torpaqlarına qayıdıblar”,
- deyə universitet professoru bildirib.
O, müasir beynəlxalq
münasibətlər sisteminin
formalaşmasından, BMT strukturlarının
yaradılmasından əvvəl
və sonra dünyanın müxtəlif
yerlərində insanların
tarixi torpaqlardan qovulması faktlarının
qeydə alındığını
diqqətə çatdırıb.
Professor əlavə edib ki, deportasiya
dalğaları ilə
üzləşmiş Qərbi
Azərbaycanın tarixi
əhalisinin taleyi bunun bariz nümunəsidir.
Ekspert vurğulayıb
ki, insanların öz tarixi torpaqlarına qayıtmaq hüququ istənilən dövlətin iradəsindən
üstündür. “Bu
hüquq Ümumdünya
İnsan Hüquqları
Bəyannaməsinə uyğun
olaraq BMT tərəfindən
tanınır”, - deyən
professor qeyd edib ki, vətəndaşlığın
olması faktı Ermənistan hakimiyyətinin
deportasiya olunmuş insanları geri qaytarmaqdan imtina etməsi üçün
əsas ola bilməz.
Mehmet Akif Okur bildirib ki,
Qərbi Azərbaycandan
olan insanlar həm fərdi, həm də İcma vasitəsilə öz hüquqlarının
bərpasını tələb
edə bilərlər.
Eyni zamanda, dövlət də deportasiya edilmiş insanların tarixi hüquqlarının bərpası
tələblərinə dəstək
verə bilər. “Bu məsələ həm BMT Baş Assambleyası səviyyəsində,
həm də beynəlxalq məhkəmə
orqanları çərçivəsində
qaldırıla bilər
ki, bu, hüquqları
pozulmuş bütün
xalqlar üçün
nümunəyə və
ümid mənbəyinə
çevriləcək”, -deyə
ekspert qeyd edib.
Professor həm Azərbaycanın, həm də Ermənistanın tərəfdaşı olduğu beynəlxalq sənədlərin mövcudluğuna da diqqət çəkib. O belə bir qənaətini bölüşüb: “Məsələn, həm Bakı, həm də İrəvan BMT-nin İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması Bəyannaməsini və bir sıra digər sənədləri dəstəkləyib. Azərbaycanlılara qarşı cinayətlərin bir hissəsinin bu sənədlərin qəbulundan əvvəl törədildiyi barədə iddialar heç bir çərçivəyə sığmır. Fundamental insan hüquqlarının müddəti yoxdur. Azərbaycanlılar həmin beynəlxalq sənədlərə əsaslanaraq Qərbi Azərbaycan məsələsinin ədalətli həllinə nail ola bilərlər”.
Azərbaycan.-2025.- 20 aprel (¹ 78).- S.6.