Türkiyə
diasporu Niderland parlamentinin qərəzli mövqeyini pisləyib
Niderlandda Türkiyə
diasporunun nümayəndələri
bu yaxınlarda Avropa ölkəsinin parlamentində 1915-ci ildə
Osmanlı İmperiyasında
baş vermiş hadisələrlə bağlı
qəbul edilmiş qərəzli sənədi
kəskin tənqid ediblər.
AZƏRTAC “Hürriyet” qəzetinə
istinadla xəbər verir ki, Niderlandda fəaliyyət göstərən
“Comité Anti-Collaboratie”
adlı diaspor təşkilatı ölkə
parlamentinə açıq
məktub ünvanlayaraq,
“hüquqi və tarixi əsasları olmayan addımlardan” imtina etməyə çağırıb.
Məktub müəllifləri
Birinci Dünya müharibəsi dövründə
ermənilərin fəaliyyəti
ilə İkinci Dünya müharibəsi zamanı faşistlərlə
əməkdaşlıq edən
Niderlandın Milli-Sosialist
Hərəkatı (NSB) arasında
ümumi bənzərlikləri
göstəriblər.
“Erməni
soyqırımı” adlanan
iddianı dəstəkləyən
heç bir fakt yoxdur. Bunların
hamısı uydurmadır!”
– deyə “Comité
Anti-Collaboratie” rəhbəri
Ali Çağlayan bildirib
və Osmanlı torpaqlarında erməni silahlı dəstələrinin
törətdiyi qanlı
cinayətlərə diqqət
çəkib.
Onun sözlərinə
görə, ermənilərlə
bağlı hər hansı bir beynəlxalq məhkəmə
instansiyasının “soyqırımı”
tanıyan qərarı
yoxdur.
“Parlament
üzvləri, xüsusilə
də Avropa İnsan Haqları Məhkəməsinin “Pərinçək
İsveçrəyə qarşı”
işi üzrə verdiyi qərarı, həmçinin 1915-ci il hadisələrini
araşdırmış tanınmış
Qərb tarixçilərindən
Bernard Lyuis, Günter Levi və
Castin Makkartinin fikirlərini
nəzərə almalı
idilər”, – deyə Çağlayan vurğulayıb.
O bildirib
ki, parlamentlərin subyektiv
qərarları tarixi həqiqətləri dəyişdirməyə
qadir deyil.
“Belə
populist yanaşmaların yeganə
nəticəsi milli nifrətin
və düşmənçiliyin
artması ola bilər
ki, bu da cəmiyyətin
birliyinə ciddi zərbədir”, – deyə
“Comité Anti-Collaboratie”
rəhbəri qeyd edib.
Ali Çağlayan əlavə edib ki, yaxın günlərdə Türkiyə
icmasının nümayəndələri
Niderland parlamenti qarşısında etiraz aksiyası keçirməyi
planlaşdırırlar.
Azərbaycan.-2025.- 20 aprel
(¹ 78).- S.7.