Leonid Slutski:
“Kimsə Ermənistanın
silahlanacağına və
Qarabağı geri alacağına ümid edirsə, bunu gözləməsin “
Rusiya Dövlət
Dumasının Beynəlxalq
əlaqələr komitəsinin
sədri, LDPR lideri Leonid Slutski AZƏRTAC -a müsahibəsində Rusiya-Azərbaycan
münasibətlərinin vəziyyətindən
danışıb, Azərbaycan
ilə Ermənistan arasında sülh yolu ilə nizamlanma
barədə fikirlərini
açıqlayıb, O, eyni
zamanda, Qarabağın
müharibədən sonrakı
bərpasında Azərbaycan
rəhbərliyinin xidmətlərini
qeyd edib, Bakının İkinci Dünya müharibəsinin
veteranları ilə bağlı humanitar siyasətini dəyərləndirib.
- Rusiya-Azərbaycan münasibətlərinin
xüsusilə də
9 May - Qələbə
bayramı ərəfəsində
hazırkı vəziyyətini
necə qiymətləndirirsiniz?
- Rusiya-Azərbaycan münasibətlərinə
heç nə ilə xələl gətirmək mümkün
deyil. Biz tarixi, coğrafi, mədəni baxımdan bir yerdə olmağa məhkumuq. Biz bəşər tarixinin ən qanlı müharibəsini
birlikdə keçmişik
və mayın 9-da böyük Qələbəni
birlikdə qeyd edəcəyik.
Ümid edirəm
ki, Azərbaycan Prezidenti, qardaşım İlham Heydər oğlu Əliyev həmin gün Moskvada, Qələbə paradında bizimlə olacaq. 80 il çox
mürəkkəb bir
tarixdir. Sonuncu veteranlar dünyasını
dəyişir. Biz onları hələ çox gənc, mənim indiki yaşımdan cavan insanlar kimi xatırlayırıq.
Əlbəttə ki, faşizm üzərində
birgə Qələbəmiz
naminə vuruşmuş,
zəhmət çəkmiş,
canlarından keçmiş
azərbaycanlıları da
unuda bilmərik. Bu gün ölkələrimizi
və xalqlarımızı
birləşdirən çoxlu
mühüm infrastruktur
layihələri var.
Azərbaycan xalqının
dahi oğlu, müasir Azərbaycanın
qurucusu Heydər Əlirza oğlu Əliyevi həmişə
xatırlamalıyıq və
biz onu hər
zaman xatırlayacağıq.
Heydər Əliyev bu gün də
əhəmiyyətli olan
Baykal-Amur magistralının
inşasına, sənaye
və yüksək texnologiyalar sahələrində
bir çox proqramlara, layihələrə
böyük töhfə
vermişdir. İlham Heydər oğlu dahi atasının vəsiyyətini yerinə
yetirərək bu gün Azərbaycanı enerji cəhətdən müstəqil dövlətə
çevirib. Azərbaycan
bir çox beynəlxalq forumların, platformaların və formatların mərkəzidir.
Əlbəttə ki, İlham Heydər oğlu dahi atasının əsas vəsiyyətini yerinə
yetirib – Qarabağı
geri qaytarıb. Bu gün isə
Qarabağ sürətlə
inkişaf edir. Hər hansı məsələlər ola
bilər, lakin bu, ölkələrimizi, xalqlarımızı və
prezidentlərimizi ayıra
bilməz. Bu gün isə Azərbaycan xalqının
şanlı övladlarının
bu yaxınlarda göstərdikləri, onların
ata və babalarının, İkinci
Dünya müharibəsi
qəhrəmanlarının fəxr edə biləcəkləri şücaəti
xatırlayaraq deyirik:
“Qarabağ Azərbaycandır!”.
- Siz bu yaxınlarda Şuşaya səfər etdiniz və münaqişə bitdikdən sonra regionun necə inkişaf etdiyini gördünüz. Azərbaycanın
Qarabağın bərpası
və regionda proqramların həyata keçirilməsi istiqamətində
səylərini necə
qiymətləndirirsiniz?
- Orada
elmtutumlu klasterlər yaradılır, hava limanları tikilir. Qeyd etdiyiniz kimi, mən bu yaxınlarda Şuşada, həmçinin
Füzuli hava limanında oldum işğaldan azad edilmiş ərazilərdə
hər ay bugünkü
və gələcək
Azərbaycanın tarixinə
əbədi yazılacaq
yeni, infrastruktur baxımından
çox mühüm tikintilər həyata keçirilir.
- Azərbaycanla
Ermənistan arasında
sülh müqaviləsinin
imzalanmasının perspektivləri
barədə nə deyə bilərsiniz? Sizcə, prosesin irəliləməsinə nə
mane olur və Rusiya hansı rolu oynayır?
- İlk növbədə, Ermənistan
konstitusiyasından Qarabağa
aid olan hissəni çıxarmaq lazımdır.
Gündəlikdə bəzi
digər məsələlər
də var. Sülh müqaviləsi gec-tez imzalanacaq. Təbii ki, daha tez olsa,
daha yaxşı olar. Ona görə də bunun yaxın
gələcəkdə baş
verməsi üçün
əlimizdən gələni
edəcəyik. Ləngimək
olmaz, Cənubi Qafqaz xalqlarının mənafeyi naminə dinc quruculuq yolu ilə irəliləməliyik.
- Ermənistanın
xarici aktolar tərəfindən hərbiləşdirilməsini
necə qiymətləndirirsiniz?
Silahların artırılması
nəticəsində Cənubi
Qafqazda sabitliyin pozulması riski varmı?
- Kimsə
Ermənistanın silahlanacağına
və Qarabağı geri alacağına ümid edirsə, bunu gözləməsin – bu, heç vaxt baş verməyəcək.
O, təpədən dırnağa
qədər silahlansa belə, Azərbaycan yenə də ondan güclüdür. Öz ambisiyalarını təmin etmək üçün deyil, bu qarşıdurmaya son qoymaq və Cənubi Qafqazda yaşayan insanların maraqları naminə dinc quruculuq yolu ilə hərəkət
etmək lazımdır.
- Məlum
olduğu kimi, istər Ümummilli Lider Heydər Əliyevin dövründə,
istərsə də indi Azərbaycanda İkinci Dünya müharibəsi veteranlarına
xüsusi diqqət göstərilir, onların
xatirələrini ehtiramla
yad olunur. İkinci Dünya müharibəsi veteranlarına Azərbaycanda
çox böyük dövlət dəstəyi
göstərilir. Bu dövlət
siyasətini necə qiymətləndirirsiniz? Bu, digər
ölkələr üçün
nümunə ola bilərmi?
- İkinci
Dünya müharibəsi
veteranlarına münasibət
baxımından Azərbaycanı
etalon hesab etmək olar. Orada hər
bir veteran tanınır
və ona, onun yaxınlarına, sağlamlığına, ailəsinin
rifahına qayğı
ilə yanaşılır.
Xüsusilə vurğulamaq
lazımdır ki, Azərbaycan
Prezidenti İlham Əliyev
hər bir ailəni öz şəxsi diqqət mərkəzində saxlayır,
- mən şişirtmirəm
və heç bir kompliment söyləmirəm, bu, həqiqətən də belədir. Çox təəssüf ki, indi veteranlar çox az qalıb. Rusiya Prezidenti də veteranlara münasibətdə eyni prinsipə riayət edir və bu,
dövlət siyasətidir.
Bu, ümumilikdə bugünkü
dövlət siyasətinin
və gələcəyimizin
qurulmasının mühüm
tərkib hissəsidir.
Ümid edirəm
ki, qardaşım İlham Heydər
oğlu ilə tezliklə görüşəcəyik.
O, həqiqətən də
dahi atasının ölməz xatirəsinə
layiqdir və doğma ölkəsi - böyük Azərbaycanın
mənafeyi naminə ən həll olunmaz kimi görünən
problemləri həll etməyə qadirdir. Azərbaycan üçün
isə hər il milli iqtisadiyyatın inkişafında,
sosial siyasətin gücləndirilməsində və
əlbəttə ki, Rusiya
ilə qardaşlıq
əlaqələrinin möhkəmləndirilməsində
mühüm nəticələrlə
əlamətdardır. Bu əlaqələrə
heç vaxt və heç kəs xələl gətirə bilməyəcək.
Azərbaycan.-2025.-
20 aprel (¹ 78).- S.7.