İlk alitəhsilli teatr rəssamı

 

Azərbaycanın teatr rəssamlığı sənətində onun xüsusi xidmətləri olub. Əməkdar incəsənət xadimi İzzət Seyidova ölkəmizin ilk teatr rəssamı ixtisası üzrə alitəhsilli qadın ziyalılarımızdan olub. O, 1939-cu ildə yaradılan Azərbaycan Rəssamlar İttifaqının təşkilat komitəsinin yeddi üzvündən biri idi. Bu il İ.Seyidovanın anadan olmasının 115 illik yubileyi tamam olur.

İzzət Əli qızı Seyidova Ukraynanın Xarkov şəhərində dünyaya gəlmişdir. Atası Əlibəy Mirseyfəddin oğlu anası Olqa Yakovlevna Xarkovda tibb universitetində bir yerdə təhsil almışdılar. İ.Seyidovanın babası Mirseyfəddin zamanında Tiflisdə yaşamış, müəllimlik tərcüməçilik etmişdi. İzzət Seyidova əvvəlcə Bakıda yeddiillik rus məktəblərindən birini bitirmişdir. İxtisas təhsilini isə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1927-1931), daha sonra ali təhsilini teatr rəssamlığı ixtisası üzrə Leninqrad Rəngkarlıq, Heykəltaraşlıq Memarlıq İnstitutunda almışdır (1931-1938). Gənc qız tanınmış rəssamlar Y.Y.Lansere, R.R.Frents, A.A.Osmerkin M.P.Bobışevdən teatr rəssamlığı sənətinin incəliklərini öyrənmişdir. İ.Seyidova özünün diplom işində Çaykovskinin "Yevgeni Onegin" operasının əsas obrazlarının geyim eskizləri səhnə dekorasiyalarını yaratmışdır.

İzzət xanımın ali təhsil illəri heç asan keçməmişdir. Rəssam özü bu barədə demişdir: "Akademiyada təhsili başa vurmağa az qalırdı. Bir gün məni dekanlığa çağırıb dedilər: "Siz akademiyadan xaric edilirsiniz. Yığışın qayıdın evinizə". Səbəbini soruşanda dedilər ki, direktorun əmri var: valideynləri fəhlə kəndli olmayanlara etibar edilmir onlar institutdan xaric olunurlar. Direktorun qəbuluna getdim, ağlayıb göz yaşı tökdüm, dedim ki, atam da, anam da həkimdir, dövlət xəstəxanasında qulluq edirlər. Kömək eləmədi. Qovuldum. Əlacsız qalıb Moskvaya yollandım. Xeyli əziyyətdən, get-gəldən sonra axır ki, instituta qaytarıldım".

İ.Seyidova ölkəmizin ilk peşəkar qadın teatr rəssamı olmuşdur. Lakin bununla bərabər o, dəzgah rəssamlığı sahəsində bədii yaradıcılığını davam etdirmişdir. 1940-cı ildən sərgilərdə iştirak etməyə başlamışdır. Ömrünü 1938-ci ildən Azərbaycan Dövlət Akademik Opera Balet Teatrına bağlayan rəssam burada uğurlu yaradıcılıq fəaliyyəti göstərmişdir. İ.Seyidovanın səhnə tərtibatı geyim eskizlərini hazırladığı opera balet tamaşaları öz peşəkar bədii həlli, əsərin ruhuna uyğun dekorasiya işləmələri, mükəmməl görüntüləri ilə tamaşaçıların sənət ustalarının hər zaman diqqət marağına səbəb olmuşdur. "Seviliya bərbəri" (1938, 1943, C.Rossini), "Qaratoxmaq qadın" (1941, P.Çaykovski), "Vətən" (1945, 1961, Q.Qarayev C.Hacıyev), "Maskarad", (1945, B.Zeydman), "Şeytan" (1949, A.Rubinşteyn), "Sevil" (1953, F.Əmirov), "Şah İsmayıl" (1955, M.Maqomayev), "Leyli Məcnun" (1958, Ü.Hacıbəyov), "Koroğlu" (1959, Ü.Hacıbəyov), "Vaqif" (1960, R.Mustafayev), "İldırımlı yollarla" (1963 Q.Qarayev), "İki inadkar" (1966, N.Hikmət) digər opera balet tamaşalarına uğurlu bədii səhnə tərtibatı - dekorasiyalar geyim eskizləri hazırladığını qeyd etmək olar.

Sənətşünas alim Mürsəl Nəcəfovun İzzət Seyidovanın həyat yaradıcılığı haqqında 1965-ci ildə Moskvada kitabı nəşr olunmuşdur. Alim rəssam haqqında yazırdı: "Azərbaycan teatrında İzzət Seyidovadan əvvəl peşəkar rəssam, həm teatr-dekorasiya sənəti üzrə alitəhsilli rəssam çalışmayıb". Lakin teatr tərtibatında uzun illər fəaliyyət göstərən istedadlı rəssamlar olub. 

İ.Seyidova dəzgah rəngkarlığı sahəsində portret janrında bir sıra əsərlər yaratmışdır. Onlardan "Pioner qızın portreti" (1940). "Şairə Mirvarid Dilbazi" (1946), "Aktyor Sidqi Ruhulla", "Həyat yoldaşının portreti", "Çılpaq qadın" adlı əsərləri qeyd etmək olar. İzzət xanımın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi Azərbaycan Dövlət Teatr Muzeyində saxlanılır. Görkəmli incəsənət xadimi Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Onun şagirdləri  arasında tanınmış rəssamlar - Kamil Nəcəfzadə, Tələt Şıxəliyev, Asəf Cəfərov kimi sənətkatlar olmuşlar.

Bu il 115 illik yubileyi tamam olan, ölkəmizin teatr rəssamlığı sahəsində xüsusi xidmətlər göstərmiş, tanınmış rəssam, Əməkdar incəsənət xadimi İzzət Seyidovanın adı Azərbaycan rəssamlıq sənəti tarixində həmişə yaşayacaqdır.

 

Əsəd QULİYEV,

Rəssamlar İttifaqının üzvü

Azərbaycan.-2025.- 20 aprel (№ 78).- S.10.