Azərbaycan Bəstəkarlar İttifaqında
görkəmli bəstəkarlar
birgə xatırlanıb
Azərbaycan Bəstəkarlar
İttifaqında vaxtaşırı
olaraq dahi Üzeyir Hacıbəylinin
əziz xatirəsi yad olunur. Belə
ki, müxtəlif konsert proqramları və elmi seminarlarda
dahi sənətkarın
irsinə müraciət
edilərək onun əsərləri səslənir
və yaradıcılığı
haqqında tədqiqatçılar
yeni araşdırmalar
təqdim edirlər. Azərbaycan bəstəkarlıq
məktəbində Üzeyir
Hacıbəyli ilə
yanaşı onun silahdaşı Müslüm
Maqomayevin da mühüm xidmətləri
var. Bəstəkarlar İttifaqının tədbirlərində
bəzən bu görkəmli sənətkarlar
birgə xatırlanır.
Bu il onların
hər ikisinin 140 illiyini nəzərə alınaraq “Üzeyir Hacıbəyli “Leyli və Məcnun”dan
“Koroğlu”ya. Müslüm
Maqomayev “Şah İsmayıl”dan “Nərgiz”ə” mövzusunda
elmi konfrans təşkil olunub.
Bu barədə
AZƏRTAC-a Bəstəkarlar İttifaqından məlumat
verilib.
Bildirilib ki, konfransı giriş sözü ilə açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, dünyanın “Sülh artisti”, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə Üzeyir Hacıbəyli irsinin Azərbaycan mədəniyyətində rolunu qeyd edib. Firəngiz Əlizadə Üzeyir bəyin bəstəkarlıq məktəbinin yaranmasında müstəsna xidmətlərini xüsusi vurğulayıb, bəstəkarın dostu, silahdaşı Müslüm Maqomayevin yaratdığı səhnə əsərləri barədə ətraflı söhbət açıb.
Azərbaycan.-2025.- 20 aprel (¹ 78).- S.10.