Milli maraqları qətiyyətlə təmin edən müstəqil siyasət

 

Bunun nəticəsidir ki, Azərbaycan nüfuzlu ehtiram göstərilən dövlətlər sırasındadır

 

Dövlətin beynəlxalq münasibətlər sistemindəki yerini, rolunu nüfuzunu şərtləndirən əsas amillərdən biri onun həyata keçirdiyi siyasi kursun məzmunudur. Bu kurs müstəqil olanda, dövlətin milli mənafelərini təmin edəndə, xarici direktivlər əsasında formalaşmayanda qlobal səviyyədə ehtiramla qarşılanır. Başqalarının  kölgəsində yedəyində sürünənlərin isə heç bir yerdə hörməti olmur.

İlham ƏLİYEV:  "Biz prinsipial məsələlərlə bağlı heç kimə güzəştə getməmişik getməyəcəyik"

Olduqca qürurvericidir ki, Azərbaycan dünyada özünün yolu, qətiyyətli müstəqil siyasəti, istənilən regional qlobal məsələ ilə bağlı öz mövqeyi olan dövlət kimi tanınır.  Bu barədə çoxsaylı misallar çəkmək olar. Hələ illər öncə Azərbaycanın Xəzərdən hasil etdiyi nefti alternativ marşrutla dünya bazarlarına çıxarması müstəqil enerji siyasətinin təcəssümü idi. Bu siyasətin başqa bir göstəricisi 2020-ci ilin sonundan başlayaraq Azərbaycanın təbii qazının birbaşa Avropa bazarlarına çatdırılmasıdır. Eləcə Azərbaycanın nəqliyyat  dəhlizləri ilə bağlı rəqabətdə qazandığı uğurlar da ölkəmizin qətiyyətli siyasətinin təzahürüdür.

Azərbaycanın 2020-ci ilin Vətən müharibəsində torpaqlarını işğaldan azad etməsi, 2023-cü ildə Qarabağda erməni separatizminə son qoyması da Azərbaycanın yürütdüyü müstəqil qətiyyətli siyasətinin nəticəsidir. Bu siyasət yalnız işğala son qoymadı. Bu siyasət həm Fransanın Qərbin digər siyasi mərkəzlərinin bütün təhdid təzyiqlərini qətiyyətlə dəf etdi, onların planlarını iflasa uğratdı. Torpaqlarımızın işğaldan azad edilməsi isə müasir müstəqillik tariximizin ən böyük, ən əlamətdar hadisəsi olmaqla yanaşı, Azərbaycanın regionda dünyada nüfuzunu daha da yüksəltdi, mövqelərini möhkəmləndirdi.

Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan müstəqil ləyaqətli siyasət yürüdür: "Bizim siyasətimiz güzəştsiz siyasətdir. Biz prinsipial məsələlərlə bağlı heç kimə güzəştə getməmişik getməyəcəyik. Müstəqil, ləyaqətli siyasət aparırıq, öz gücümüzə, xalqın dəstəyinə güvənirik. Xalq da bizim siyasətimizə öz dəstəyini göstərir".

Müstəqil siyasət həm dövlətə rəhbərlik edən şəxsin  siyasi nüfuzunu müəyyən edən meyarlardan biridir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev dünyanın nüfuzlu dövlət başçıları ilə bir cərgədə dayanan liderdir. Dövlətimizin başçısının qlobal regional məsələlərə dair mövqeyi, problemlərin həlli ilə bağlı yanaşmaları hər zaman diqqət mərkəzindədir. Bu da onu göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət dövlətimizin xalqımızın milli maraqlarını layiqincə təmin edərək dünya çapında da böyük ehtiramla izlənilir. Əlamətdar hadisələrlə bağlı Prezident İlham Əliyevə ünvanlanan məktubların məzmunu da dövlətimizin başçısına olan yüksək ehtiramın göstəricisidir.

 

Mükəmməl xarici siyasət kursunun təntənəsi

 

Xarici siyasətdə müstəqilliyin təmin olunması ölkənin beynəlxalq münasibətlərdəki yerinin rolunun qiymətləndirilməsində əsas meyarlardan biridir. Böyük məmnunluqla qeyd etməliyik ki, Azərbaycanın xarici siyasət kursu respublikamızın  milli prioritetlərini layiqincə təmin edir. Azərbaycan dünyanın hər bir siyasi qütbü ilə yüksək əlaqələrə malikdir.  Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənədlər imzalanıb.

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına etdiyi dövlət səfəri respublikamızın yürütdüyü mükəmməl xarici siyasət kursunun beynəlxalq münasibətlər sistemindəki güclü mövqelərinin nümayişi oldu. Prezident İlham Əliyev bundan əvvəl Çinə dövlət, rəsmi işgüzar səfərlər etmişdir. Öncə onu qeyd edək ki, dövlət səfəri  ölkə rəhbərlərinin səfərləri sırasında birinci yerdə dayanır. Belə ki, dövlət səfəri məzmununa görə ölkələr arasındakı əlaqələrin ən yüksək həddini ifadə edir. Bu mənada Çin Xalq Respublikası Sədri Si Cinpinin dəvəti ilə reallaşan bu ali səfər Prezident İlham Əliyevə Azərbaycana olan yüksək ehtiramdan xəbər verir.

Qeyd edək ki, Azərbaycan-Çin münasibətləri dostluğa, qarşılıqlı etimada çoxşaxəli tərəfdaşlığa əsaslanmaqla, yüksək inkişaf dinamikası ilə seçilir. Hər iki dövlət həmişə bir-birinin milli maraqlarına qarşılıqlı dəstək nümayiş etdiriblər. Belə ki, Azərbaycan Çinin "Vahid Çin" siyasətini hər zaman dəstəkləyib. Çin isə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini sərhədlərinin toxunulmazlığına daim dəstək nümayiş etdirib. Çin tərəfindən irəli sürülmüş "Bir kəmər, bir yol" təşəbbüsü isə ikitərəfli münasibətlərin genişləndirilməsinə dərinləşməsinə yeni imkanlar yaradıb Azərbaycan bu məsələdə Çinin əsas tərəfdaşlarından biridir.

Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri iki dövlət arasındakı siyasi-iqtisadi gündəliyi daha da zənginləşdirdi. Çin Xalq Respublikasının Sədri Si Cinpinin Prezident İlham Əliyevlə görüşdə səsləndirdiyi fikirlər bir daha iki dövlət onların rəhbərləri arasındakı dostluğu nümayiş etdirdi.

Bu səfər zamanı imzalanan sənədlər iki dövlət arasındakı əlaqələrin hüquqi bazasını daha da gücləndirdi. "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" isə Azərbaycanla dünyanın supergüclərindən biri olan Çinin strateji tərəfdaşlığını yeni mərhələyə yüksəltdi.

Bütövlükdə bu səfər Azərbaycanın mükəmməl xarici siyasət kursunun Prezident İlham Əliyevin müdrik diplomatiyasının təntənəsinə çevrildi. Bir daha təsdiq olundu ki, Azərbaycan beynəlxalq münasibətlərdə ən yüksək ehtiram göstərilən dövlətlərdəndir.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2025.- 26 aprel (№ 83).- S.5.