Prezident
İlham Əliyev Avropa İttifaqının
ali nümayəndəsi,
Avropa Komissiyasının
vitse-prezidenti Kaya Kallası qəbul edib
Prezident İlham
Əliyev Avropa İttifaqının ali nümayəndəsi, Avropa
Komissiyasının vitse-prezidenti
Kaya Kallası qəbul edib
YENİLƏNİB
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev aprelin 25-də Avropa İttifaqının
xarici işlər və təhlükəsizlik
siyasəti üzrə
ali nümayəndəsi,
Avropa Komissiyasının
vitse-prezidenti Kaya Kallası qəbul edib.
AZƏRTAC xəbər verir ki, Kaya
Kallas Avropa İttifaqının Azərbaycanla
əlaqələri yüksək
dəyərləndirdiyini və
bu münasibətləri
daha da inkişaf
etdirməkdə maraqlı
olduğunu qeyd etdi.
Avropa İttifaqı
ilə Azərbaycan arasında enerji sahəsində çox uğurlu və səmərəli əməkdaşlığın
olduğunu vurğulayan
qonaq ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında etibarlı
tərəfdaş rolunda
çıxış etdiyini
dedi.
O, nəqliyyat bağlantıları
mövzusuna toxunaraq, bu xüsusda da çox mühüm
regional bir dövlət olan və vacib geosiyasi
məkanda yerləşən
Azərbaycanın rolunun
əhəmiyyətini vurğuladı.
Prezident İlham
Əliyev Azərbaycanın
Avropa İttifaqının
etibarlı tərəfdaşı
olduğunu dedi, Cənub Qaz Dəhlizinin 4 ildir fəaliyyət göstərərək
Avropanın qaz təchizatında oynadığı
əhəmiyyətli rola
toxundu.
Dövlətimizin başçısı
vurğuladı ki, Azərbaycan artıq Avropanın 10 ölkəsini,
o cümlədən Avropa
İttifaqının 8 üzvünü
qazla təchiz edir. Prezident İlham Əliyev qeyd etdi ki,
Azərbaycan qaz təchizatının coğrafi
əhatəsinə görə
Avropa məkanını
qazla təmin edən ilk ölkələrdən
biridir.
Cənub Qaz Dəhlizi Məşvərət
Şurası çərçivəsində
Azərbaycanla Avropa İttifaqı arasında uğurlu və səmərəli dialoqun mövcud olduğunu deyən dövlətimizin
başçısı bərpaolunan
enerji sahəsində də əməkdaşlıq
üçün böyük
imkanların olduğunu
bildirdi. Prezident İlham Əliyev bu xüsusda qeyd etdi ki,
ölkəmiz Xəzərin
Azərbaycan sektorunda zəngin külək enerji resurslarına malikdir. Dövlətimizin başçısı vurğuladı
ki, eyni zamanda, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə bərpaolunan Transxəzər
enerji dəhlizinin inkişaf etdirilməsində
və Qara dəniz istiqamətində
Gürcüstan, Rumıniya,
Macarıstan, son dövrlərdə isə
Bolqarıstanın da qoşulduğu layihələrin
reallaşdırılmasında mühüm rol oynayır.
Azərbaycan Prezidenti
bildirdi ki, ölkəmizlə Avropa İttifaqı arasında qazla yanaşı nəqliyyat sahəsində
də əməkdaşlıq
üçün geniş
imkanlar var.
Söhbət zamanı,
həmçinin Cənubi
Qafqaz regionunda davamlı sabitliyin təmin olunmasına dair fikir mübadiləsi
aparıldı.
Dövlətimizin başçısı
Ermənistanla Azərbaycan
arasında münasibətlərin
normallaşdırılması istiqamətində ikitərəfli
əsasda addımların
atıldığını və müzakirələrin
aparıldığını qeyd etdi.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2025.- 26 aprel (№ 83).- S.2.