Papa Fransisk xatirələrdə
çox sadə, adi insanların ehtiyac və arzuları ilə yaşayan bir şəxs kimi qalacaq
Prezident İlham Əliyev Bakıdakı Müqəddəs Məryəm
Ana katolik kilsəsində olub, Roma Papası Fransiskin vəfatı ilə əlaqədar başsağlığı verib
Prezident İlham
Əliyev Bakıdakı
Müqəddəs Məryəm
Ana katolik kilsəsində olub, Roma Papası Fransiskin vəfatı ilə əlaqədar başsağlığı verib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 25-də Bakıdakı
Müqəddəs Məryəm
Ana katolik kilsəsində olub, Roma Papası Fransiskin vəfatı ilə əlaqədar başsağlığı veriblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin
başçısını və birinci xanımı Azərbaycanda
Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete qarşıladı.
Azərbaycan Prezidenti
və birinci xanım matəm kitabına ürək sözlərini yazdılar.
Sonra dövlətimizin
başçısı və
birinci xanım Vladimir Fekete ilə söhbət etdilər.
Roma Papası Fransisklə görüşlərini və onun Bakıya səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı qeyd etdi ki, Papa Fransiskin Heydər məscidində ölkəmizdə fəaliyyət göstərən dini icmaların nümayəndələri ilə görüşü insanlar arasında birliyin bərqərar olmasının vacibliyi ilə bağlı mesaj idi. Prezident İlham Əliyev Papa Fransiskin xatirələrdə çox sadə, adi insanların ehtiyac və arzuları ilə yaşayan bir şəxs kimi qalacağını dedi.
Birinci xanım
Mehriban Əliyeva da öz növbəsində
Papa Fransisklə görüşlərini məmnunluqla
xatırladı.
Vladimir Fekete dövlətimizin başçısına və birinci xanıma başsağlığına görə minnətdarlığını bildirdi. O, Roma Papasının katolik kilsənin lideri kimi bir nümunə olduğunu dedi.
Azərbaycan.-2025.- 26 aprel (№ 83).- S.2.