Müstəqil Dövlətlər Birliyinin
Əqli mülkiyyətin
hüquqi qorunması və mühafizəsi məsələlərinə dair
Dövlətlərarası Şurasında Azərbaycan
Respublikasının səlahiyyətli
qurumunun müəyyən
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikasının
2021-ci il 14 dekabr tarixli 427-VIQ nömrəli
Qanunu ilə təsdiq edilmiş "Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq
və əqli mülkiyyətin hüquqi
qorunması və mühafizəsi məsələlərinə
dair Dövlətlərarası
Şuranın yaradılması
haqqında Saziş"in
Əlavəsi - "Əqli
mülkiyyətin hüquqi
qorunması və mühafizəsi məsələlərinə
dair Dövlətlərarası
Şuranın Əsasnaməsi"nin
4.1-ci bəndinin icrasını
təmin etmək məqsədilə qərara
alıram:
1. Müstəqil Dövlətlər
Birliyinin Əqli mülkiyyətin hüquqi
qorunması və mühafizəsi məsələlərinə
dair Dövlətlərarası
Şurasında Azərbaycan
Respublikası tərəfindən
səlahiyyətli qurum
Azərbaycan Respublikasının
Əqli Mülkiyyət
Agentliyi müəyyən
edilsin.
2. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi Müstəqil
Dövlətlər Birliyinin
Əqli mülkiyyətin
hüquqi qorunması və mühafizəsi məsələlərinə dair
Dövlətlərarası Şurasında Azərbaycan
Respublikası Əqli
Mülkiyyət Agentliyinin
Azərbaycan Respublikasının
səlahiyyətli qurumu
müəyyən edildiyi
barədə Müstəqil
Dövlətlər Birliyinin
İcraiyyə Komitəsinə
bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
25 aprel 2025-ci il
Azərbaycan.-2025.- 26 aprel
(№83).- S.3.