Azərbaycan Respublikasının 1997-ci il
3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında"
Əsasnamədə dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
18-ci bəndini rəhbər
tutaraq qərara alır:
Azərbaycan Respublikasının
1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1998, № 1, maddə
14 (Cild I); 2024, № 1, maddə
19, № 2, maddə 137, № 7, maddə
755, № 12 (II kitab), maddələr
1328, 1350; 2025, № 1, maddələr 4, 7) ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında"
Əsasnamənin 164-cü maddəsinin
üçüncü-beşinci hissələri müvafiq olaraq dördüncü-altıncı
hissələr hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda
üçüncü hissə
əlavə edilsin:
"Həqiqi hərbi
xidmətdən ehtiyata
və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq
hüququ verilmiş şəxslər həmin
geyim formasını yalnız rəsmi dəvət olunduqları Azərbaycan Respublikasının
dövlət orqanları
(qurumları) tərəfindən
təşkil olunan tədbirlərdə, ehtiyata
və ya istefaya buraxıldıqları
dövlət orqanının
(qurumunun) əməkdaşlarının
peşə bayramı
günlərində, habelə
"Azərbaycan Respublikasının
Silahlı Qüvvələri
Günü"ndə, "Zəfər Günü"ndə
və "Azərbaycan
Respublikasında Anım
Günü"ndə daşıya
bilərlər.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
11 aprel 2025-ci il
Azərbaycan.-2025.- 26 aprel
(№ 83).- S.3.