"Nəqliyyat haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
23-cü bəndini rəhbər
tutaraq qərara alır:
"Nəqliyyat haqqında"
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1999, № 7, maddə
399 (Cild I) 6-cı maddəsinə
aşağıdakı məzmunda
üçüncü hissə
əlavə edilsin:
"Müvafiq icra
hakimiyyəti orqanının
müəyyən etdiyi
orqana (quruma) öz fəaliyyət istiqamətləri üzrə
müvafiq işlərin
görülməsi üçün
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqanın (qurumun) təsdiq etdiyi siyahıda nəzərdə
tutulmuş lisenziya və icazələrin alınması tələb
olunmur.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 aprel 2025-ci il
Azərbaycan.-2025.- 26 aprel
(№ 83).- S.3.