"Nəqliyyat haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2025-ci il
1 aprel tarixli 162-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin
tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Nəqliyyat
haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2025-ci il
1 aprel tarixli 162-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Nəqliyyat
haqqında" Azərbaycan
Respublikası Qanununun
6-cı maddəsinin üçüncü
hissəsində hər
iki halda nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.2. həmin
Qanunun 6-cı maddəsinin
üçüncü hissəsində
ikinci halda "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti
nəzərdə tutulur;
1.3. həmin
Qanunun 6-cı maddəsinin
üçüncü hissəsində
birinci halda "orqan (qurum)" dedikdə "Azərbaycan
Dəmir Yolları"
Qapalı Səhmdar Cəmiyyəti, o cümlədən
onun strukturuna daxil olan qurumlar
nəzərdə tutulur.
2. "Azərbaycan Dəmir
Yolları" Qapalı
Səhmdar Cəmiyyətinin
fəaliyyət istiqamətləri
üzrə müvafiq
işlərin görülməsi
üçün alınması
tələb olunmayan lisenziyaların siyahısı"
təsdiq edilsin (əlavə olunur).
3. "Azərbaycan Dəmir
Yolları" Qapalı
Səhmdar Cəmiyyətinin
fəaliyyət istiqamətləri
üzrə müvafiq
işlərin görülməsi
üçün alınması
tələb olunmayan icazələrin siyahısı"
təsdiq edilsin (əlavə olunur).
4. Azərbaycan Respublikasının
Nazirlər Kabineti
"Nəqliyyat haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2025-ci il 1 aprel tarixli 162-VIIQD nömrəli
Qanunundan irəli gələn məsələləri
həll etsin.
5. "Nəqliyyat haqqında"
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 1999-cu il 27
iyul tarixli 165 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1999, ¹ 7, maddə 427 (Cild
I) 2-ci hissəsi aşağıdakı
redaksiyada verilsin:
"2. Müəyyən edilsin ki:
2.1. "Nəqliyyat
haqqında" Azərbaycan
Respublikası Qanununun
6-cı maddəsinin üçüncü
hissəsində hər
iki halda nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
2.2. həmin Qanunun
6-cı maddəsinin üçüncü
hissəsində ikinci
halda "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının
Prezidenti nəzərdə
tutulur;
2.3. həmin
Qanunun 21-ci maddəsinin
2-ci hissəsində, 22-ci maddəsinin
3-cü hissəsinin ikinci
cümləsində və
4-cü hissəsinin üçüncü
cümləsində, 25-ci maddəsinin
1-ci hissəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Nazirlər Kabineti həyata keçirir;
2.4. həmin
Qanunun 6-cı maddəsinin
üçüncü hissəsində
birinci halda "orqan (qurum)" dedikdə "Azərbaycan
Dəmir Yolları"
Qapalı Səhmdar Cəmiyyəti, o cümlədən
onun strukturuna daxil olan qurumlar
nəzərdə tutulur.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
25 aprel 2025-ci il
Azərbaycan.-2025.-
26 aprel (¹ 83).- S.3.