“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin
və strukturunun təsdiq edilməsi barədə
¹
126
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, “Azərenerji”
Açıq Səhmdar
Cəmiyyətinin fəaliyyətinin
təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 17 mart tarixli 353 nömrəli Fərmanının 3.1-ci bəndinin
icrasını təmin
etmək məqsədilə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. “Azərenerji”
Açıq Səhmdar
Cəmiyyətinin Nizamnaməsi”
təsdiq edilsin (əlavə
olunur).
2. “Azərenerji” Açıq
Səhmdar Cəmiyyətinin
strukturu” təsdiq edilsin (əlavə olunur).
3. Bu
Qərarda dəyişiklik
Azərbaycan Respublikası
Prezidentinin 2023-cü il
6 oktyabr tarixli 2328 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının layihələrinin
hazırlanması, razılaşdırılması,
qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin
3.5-ci bəndinə uyğun
edilə bilər.
4. Azərbaycan
Respublikasının İqtisadiyyat
Nazirliyi bu Qərardan irəli gələn məsələləri
həll etsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
“ 23 ” “ aprel ” 2025-ci il
Azərbaycan.-2025.-
26 aprel (¹83).- S.4.