Diplomatik xidmət haqqındaAzərbaycan Respublikası Qanununun 13.15-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasının dövlət orqanlarının aidiyyəti sahələr üzrə diplomatik nümayəndəliklərə konsulluqlara, beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərin tabeliyində yaradılan təşkilatlara təyin etdikləri, diplomatik nümayəndəliklərin konsulluqların mövcud olmadığı dövlətlərdə isə ayrıca fəaliyyət göstərən xarici dövlətlərdəki nümayəndələrinə onların (aparatlarının) işçilərinə təminat kompensasiyaların verilməsi Qaydaları”nın təsdiq edilməsi bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

 

¹ 127

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Diplomatik xidmət haqqındaAzərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 331 nömrəli Fərmanının 3.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Diplomatik xidmət haqqındaAzərbaycan Respublikası Qanununun 13.15-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasının dövlət orqanlarının aidiyyəti sahələr üzrə diplomatik nümayəndəliklərə konsulluqlara, beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərin tabeliyində yaradılan təşkilatlara təyin etdikləri, diplomatik nümayəndəliklərin konsulluqların mövcud olmadığı dövlətlərdə isə ayrıca fəaliyyət göstərən xarici dövlətlərdəki nümayəndələrinə onların (aparatlarının) işçilərinə təminat kompensasiyaların verilməsi Qaydalarıtəsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 1, maddə 41 (Cild I) ilə təsdiq edilmişDiplomatik xidmət əməkdaşlarına təminat kompensasiyaların verilməsi Qaydaları”na 2 nömrəli əlavə – “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri konsulluqlarında çalışan diplomatik xidmət əməkdaşlarının yaşayış yeri ilə təminatı normaları”nınDiplomatik xidmət əməkdaşlarısütununda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4-cü sətirdən “, hərbi attaşe (nümayəndə)” sözləri çıxarılsın;

2.2. 5-ci sətirdənhərbi attaşenin (nümayəndənin) baş köməkçisi,” sözləri çıxarılsın;

2.3. 6-cı sətirdənhərbi attaşenin (nümayəndənin) köməkçisi,” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 dekabr tarixli 229 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 12, maddə 1111 (Cild I) ilə təsdiq edilmişAzərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə”nin 5.2-5.4-cü 5.10-cu bəndləri ləğv edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 dekabr tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmişAzərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 24 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 2, maddə 193 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

5. “Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinə onların aparatlarının işçilərinə təminatların verilməsi Qaydası”nın təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 13 oktyabr tarixli 430 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 10, maddə 1893 (Cild I) ləğv edilsin.

6. Bu Qərar 2025-ci il aprelin 1-dən tətbiq edilir.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 23 ” “ aprel ” 2025-ci il

Azərbaycan.-2025.- 26 aprel (¹83).- S.4.