Milli
təəssübkeşlik, Vətən və xalq sevgisi
Leyla xanım Əliyevanın hər xarici səfərində bu hissləri görməmək
mümkün deyil
Heydər Əliyev
Fondunun vitse-prezidenti,
"Xocalıya ədalət!"
kampaniyasının təşəbbüskarı,
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
(FAO) xoşməramlı səfiri,
İslam Əməkdaşlıq
Təşkilatı Gənclər
Forumunun mədəniyyətlərarası
dialoq üzrə baş əlaqələndiricisi,
Rusiyadakı Azərbaycanlı
Gənclər Təşkilatının
(AMOR) sədri, Ətraf
Mühitin Mühafizəsi
Naminə Beynəlxalq
Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi
və sədri Leyla Əliyeva bu gün ictimai
fəaliyyəti ilə
Azərbaycan dövlətinə
və dövlətçiliyinə
nümunəvi xidmət
göstərir.
Xüsusən xarici
ölkələrə səfərləri
zamanı dövlət
və hökumət nümayəndələri, digər
rəsmi və qeyri-rəsmi şəxslərlə
görüşü Leyla
xanımın Vətən
və xalq sevgisindən, ölkəmizin
imicinə ürək
yanğısından xəbər
verir. Hər səfərində Azərbaycanı
yüksək səviyyədə
təmsil edən Leyla xanım ölkəmizin sülhsevər,
demokratik, humanizm prinsiplərinə sadiq olduğunu dünyaya çatdırmağı özünə
borc bilir. Bu baxımdan gənc
liderin Vyetnama və Çinə səfərləri də yaddaqalan anlar və maraqlı detallarla zəngin olub.
Hanoy Ticarət
və Turizm Kollecində Leyla Əliyeva yaradıcı sənaye nümayəndələri
və təhsil müəssisələrinin liderləri,
eləcə də sovet dövründə Azərbaycanda təhsil almış vyetnamlı məzunlar ilə görüşüb. Məlumat
üçün bildirək
ki, 1965-ci ildən
fəaliyyət göstərən
Hanoy Ticarət və Turizm Kolleci bu sahədə
Vyetnamın ən böyük və nüfuzlu təhsil müəssisələrindən biridir. Təxminən 3000 tələbəsi olan kollecin müxtəlif akademik və peşə təhsilinin səviyyələri üzrə
50-dən çox təlim
proqramı var.
Söhbət zamanı
Prezident İlham Əliyevin 2014-cü ildə
Vyetnama dövlət səfərinin ölkələr
arasında münasibətlərdə
yeni səhifə açdığı vurğulanıb,
mövcud əlaqələrin
genişlənməsinə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən
layihələrin böyük
töhfə verdiyi qeyd olunub, fondun
təhsil və sosialyönümlü layihələrinin
Vyetnamı da əhatə etdiyi diqqətə çatdırılıb.
Bu istiqamətdə Vyetnamın Ha Giang əyalətində Heydər Əliyev Fondunun dəstəyi ilə ibtidai məktəbin inşa edildiyi xatırladılıb.
Bundan başqa, ikitərəfli münasibətlərə,
eləcə də hazırda Azərbaycan-Vyetnam
əlaqələrinə dair
fikir mübadiləsi aparılıb. Mövcud münasibətlərin daha
da genişləndirilməsi,
bu çərçivədə
Heydər Əliyev Fondu tərəfindən təhsil və sosial sahələrdə həyata keçiriləcək
layihələr müzakirə
edilib.
Yeri gəlmişkən
qeyd edək ki, Azərbaycan və Vyetnam xalqları arasında dostluq münasibətlərinin
bugünkü səviyyəyə
çatmasında Heydər
Əliyevin müstəsna
xidmətləri olmuşdur.
Ulu Öndərin
1983-cü ildə Vyetnama
səfərindən sonra
Azərbaycanda təhsil
alan vyetnamlı tələbələrin sayı
artmışdır. Xatırladaq
ki, hələ
SSRİ zamanı 5 minədək
vyetnamlı gənc Bakıda təhsil almışdır. Bu gün iki ölkə
arasında dostluq münasibətlərinin formalaşmasında
Azərbaycanda təhsil
almış həmin
məzunların xüsusi
rol oynadıqları görüşdə xüsusi
vurğulanmışdır.
Leyla Əliyeva
Vyetnam Sosialist Respublikasına səfəri
çərçivəsində bu ölkənin vitse-prezidenti Vo Ti An Suan
ilə də görüşüb. Səfərin
ikinci günü baş tutan görüş zamanı dövlətlərarası diplomatik
münasibətlərlə yanaşı, xalqlarımız
arasında əlaqələrin,
o cümlədən qeyri-hökumət
səviyyəsində əməkdaşlığın
vacibliyi diqqətə
çatdırılıb. Həmçinin
Azərbaycanın və
Vyetnamın turizm potensialının inkişafı
baxımından əməkdaşlıq
və ayrı-ayrı
sahələri əhatə
edən mübadilə
proqramlarının icrası, iki ölkə mədəniyyətinin
daha yaxından tanıdılması üçün
tədbirlərin təşkili
məsələləri müzakirə
edilib.
Prezident İlham
Əliyevin bu günlər Çinə
dövlət səfəri
zamanı Leyla Əliyevanın da bu ölkədə olması və Xarici Dillər Universitetini ziyarət etməsi dövlətlərarası
münasibətlərin geniş
məzmun daşımasına
dəlalət edir.
IDEA rəhbərinin universitetin
prorektoru Gao Qanq və burada
Azərbaycan dili üzrə təhsil alan çinli tələbələr ilə
görüşündə həmin münasibətlərin
genişlənməsində gənclərin xidmətindən
danışılıb. Qeyd
olunub ki, iki ölkənin təhsil sistemində bu istiqamətdə həyata keçirilən
layihələrin rolu çox böyükdür.
Görüşdə Azərbaycan
mədəniyyətini öyrənib
tədqiq və təbliğ etməyə
maraqlı olan Pekin Xarici Dillər
Universitetindəki Azərbaycan
dili kafedrasının
fəaliyyətinin, universitetdə
Azərbaycan dili üzrə kadrların hazırlanmasının əhəmiyyəti
diqqətə çatdırılıb.
Onu da bildirək ki, universitetin tədris proqramına Azərbaycan dili ilə yanaşı,
Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı
fənləri də daxildir. Bu yerdə
Heydər Əliyev Fondu ilə Pekin Xarici Dillər
Universiteti arasında
10 ilə yaxın davam edən əməkdaşlıq çərçivəsində
bir sıra layihələrin həyata
keçirilməsini xatırlatmaq
yerinə düşər.
Leyla xanımın təşəbbüsü və
dəstəyi ilə
2019-cu ildən Azərbaycan
Dövlət İqtisad
Universitetinin nəzdində
(UNEC) distant çin dili kursları təşkil olunub. Məhz bu amil
nəticəsində Heydər
Əliyev Fondu ilə Pekin Xarici Dillər Universiteti arasında bu il ərzində
anlaşma memorandumunun
imzalanması barədə
qərar qəbul olunub.
Azərbaycan dili kafedfrası
ilə tanış olan Leyla Əliyevaya
kafedranın fəaliyyətinin
genişləndirilməsi ilə
bağlı nəzərdə
tutulan tədbirlər
haqqında məlumat verilib. Leyla xanım isə Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə
edən, o cümlədən
Azərbaycan mədəniyyətinin
tanıdılmasını əks
etdirən ədəbiyyatın
çin dilində çap olunmasının vacibliyini diqqətə çatdırıb.
Çinin ölkə
səviyyəli tədqiqat
müəssisələrindən olan Milli İnsan
Genomu Mərkəzi Elm və Texnologiya
Nazirliyinin rəyi ilə yaradılmışdır.
Mərkəz elmi-tədqiqat
nəticələrinin kommersiyalaşdırılmasını
və Çində genomik sənayenin yaradılmasını təşviq
edir. Burada ən qabaqcıl texnoloji avadanlıqlardan istifadə edilməklə
fundamental və klinik tədqiqatlar, populyasiya genetikası və bioinformatika sahələrində layihələr
həyata keçirilir.
Heydər Əliyev
Fondunun vitse-prezidenti bu müəssisəni də ziyarət edərək mərkəzin
laboratoriyalarına və
bioloji nümunələr
bankına baxıb, əməkdaşlarla söhbət
edib. Söhbət zamanı Azərbaycanın
müvafiq qurumları
ilə potensial əməkdaşlıq imkanları,
o cümlədən onkoloji
xəstəliklər, serebral
iflic və digər xəstəliklərin
müalicəsi zamanı
Genom Mərkəzinin metodlarının tətbiqi
məsələsi müzakirə
olunub.
"İşimizlə, ümidlə, inamla, nəzakətlə və sevgi ilə biz bütün problemləri həll edə və daha parlaq gələcək
qura bilərik" deyən Leyla Əliyevanın son bir həftədə Vyetnama və Çinə səfərləri
milli təəssübkeşlikdən,
tükənməz enerji
və sevgidən qaynaqlanır. Bundan öncəki çoxsaylı
səfərlərə də
nəzər yetirsək
görərik ki, Leyla xanımın fəaliyyətinin miqyası,
əhatə dairəsi
kifayət qədər
genişdir.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2025.-
26 aprel (№83).- S.5.