İkitərəfli əlaqələr yeni müstəviyə keçir

 

Avropa İttifaqı Azərbaycanın regional geosiyasi əhəmiyyətini qəbul edir

 

"Azərbaycan regionda əhəmiyyətli tərəfdaşdır əlaqələrimizin gücləndirilməsi baxımından müəyyən gözləntilərimiz var. Əlaqələrimiz ikitərəfli yol kimi inkişaf edir. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Münaqişənin izlərinin aradan qaldırılması həyatların xilas edilməsi üçün görülən işləri yüksək qiymətləndiririk".

Bu fikirləri Avropa İttifaqının xarici işlər təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas xarici işlər naziri Ceyhun Bayramovla dünən keçirdiyi birgə mətbuat konfransında söylədi.

Avropa İttifaqının Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu deyən diplomat bəyan etdi ki, Aİ Azərbaycanla ticarət əlaqələrini yeni razılaşma əsasında daha da genişləndirməyi planlaşdırır.

Prezident İlham Əliyevlə keçirilən görüşdə Kaya Kallas Avropa İttifaqının Azərbaycanla əlaqələri yüksək dəyərləndirdiyini bu münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu qeyd etdi.

9 illik fasilədən sonra Avropa İttifaqının ali nümayəndəsinin Azərbaycana səfərinə Kaya Kallasın səsləndirdiyi fikirlərə əsaslanaraq deyə bilərik ki, Aİ Azərbaycanın regional geosiyasi əhəmiyyətini qəbul edir, Azərbaycanın Xəzər dənizi - Qara dəniz regionunda oynadığu rolu, Avropanın enerji təhlükısizliyinin təmin edilməsində yerini yüksək qiymətləndirir. Çünki bu gün Azərbaycan Avropanın 10 ölkəsinə qaz verir Avropada təchizatın coğrafiyasına görə birinci yerdədir.

Avropa İttifaqının Xarici siyasət təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin səsləndirdiyi fikirlərdən o da bəlli olur ki, Aİ Azərbaycanın  əhəmiyyətini artıq görür əvvəl mövcud olmuş stereotiplər yanaşmalardan geri çəkilir.  Səfərin nəticələri onu deməyə əsas verir ki, ikitərəfli əlaqələr yeni müstəviyə yüksəlir.

Kaya Kallas Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi görüşdə, həmçinin Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqları, eləcə minatəmizləmə prosesində iştirakı barədə fikirlərini bölüşüb. 

Qeyd edilib ki, Avropa İttifaqı Azərbaycanda minaların təmizlənməsi prosesinə töhfə verməkdədir ölkədə münaqişənin izlərinin aradan qaldırılması istiqamətində səylərini davam etdirəcək.

Sülh danışıqlarına gəlincə isə, Kaya Kallas əlavə edib ki, iki ölkə arasında münasibətlərin gücləndirilməsi, sülh sazişinin dayanıqlı davamlı olması istiqamətində göstərilən səylərə Avropa İttifaqı olaraq dəstəyini ifadə edir: "Sülh sazişinin mətn hissəsinin razılaşdırılmasını məmnuniyyətlə qarşılayıram ümid edirəm ki, növbəti addımlar daha məhsuldar olacaq" deyən Kaya Kallasın səfəri Prezidentlə görüşü Azərbaycan-Aİ əlaqələrində dönüş nöqtəsi kimi qiymətləndirilə bilər.

Bir sözlə, Avropa İttifaqının Xarici siyasət təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin bu səfəri ikitərəfli münasibətlərdə yeni səhifə açdı onu yeni səviyyəyə qaldırdı, desək yanılmarıq.

Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan hər zaman beynəlxalq təşkilatlarla qarşılıqlı,  ikitərəfli münasibətlərin inkişafında maraqlı olub bu istiqamətdə müsbət addımlar atıb. Lakin Azərbaycanın Cənubi Qafqazdakı liderliyi, əldə etdiyi uğurlar bəzi Qərb dairələrində, beynəlxalq təşkilatlarda qıcıq hissi yaradıb. Xüsusən , İkinci Qarabağ müharibəsindəki Şanlı Zəfərimizdən sonra Azərbaycana qarşı edilən basqılar, təzyiqlər bunun bariz təcəssümüdür.

Avropa İttifaqının son addımı bir daha sübut edir ki, artıq Qərb təsisatları da Azərbaycanın reallıqları ilə, regionda yaratdığı vəziyyətlə barışırlar Prezident İlham Əliyevin sülh gündəliyini təqdir edirlər.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2025.- 26 aprel (№83).- S.5.