İrəvanda bayrağımızın yandırılması
daxildə kök salmış düşmənçiliyin
təzahürüdür
"Ermənistanda Azərbaycan
bayrağının yandırılması
bütövlükdə ölkədə
hökm sürən siyasi, ictimai ideoloji atmosferin təzahürüdür. Hadisə
simvolik olaraq bir millətin, dövlətin, xalqın şəxsiyyətinə qarşı
yönəlmiş hücumdur.
Əlbəttə ki, heç bir halda ifadə azadlığı qiymətləndirilməməlidir".
Bu fikirləri
"Azərbaycan" qəzetinə
Beynəlxalq Münasibətlərin
Təhlili Mərkəzinin
aparıcı məsləhətçisi
Fuad Abdullayev deyib. O bildirib ki, bu kimi
hadisələr, eyni zamanda, sülh prosesinə qarşı açıq və qəsdən törədilmiş
təxribat aktı olmaqla yanaşı, ümumilikdə, regionda formalaşmağa başlayan
yeni təhlükəsizlik
arxitekturasına qarşı
da yönəlmiş sabotaj cəhdi kimi qəbul edilməlidir. Azərbaycan
və Türkiyə bayraqlarının yandırılması
Ermənistanın daxilində,
xüsusilə də siyasi və ictimai çevrələrdə
kök salmış düşmənçilik atmosferini
və revanşist əhvali-ruhiyyəni bir daha üzə çıxardı. "Eyni
zamanda Azərbaycan xalqına, ümumiyyətlə,
türk millətinə
qarşı köklü
düşmənçiliyin nə qədər dərinə getdiyini əyani şəkildə
nümayiş etdirdi. Təbii ki, bu, Ermənistan cəmiyyətinin hələ
də sülhə hazır olmadığını
və regionda dinc birgə yaşayış ideyasından
kənarda dayandığını
göstərir. Fikrimcə,
bir cəmiyyətdə
sülhə çağırış
əvəzinə təhqir,
aqressiya və rəmzi zorakılıq normal qarşılanırsa,
deməli, orada sülh mədəniyyəti
hələ də formalaşmayıb. Ermənistanda
faktiki olaraq bu, belədir. Digər tərəfdən,
bu hadisə Ermənistan daxilində fəaliyyət göstərən
radikal qüvvələrin
sülh prosesinə məqsədyönlü şəkildə
zərbə vurmaq cəhdlərinin tərkib
hissəsi kimi də qiymətləndirilməlidir.
Çünki radikal qüvvələr bu hadisələrdən istifadə
edirlər. Onlar uzun illərdir Ermənistan xalqı arasında revanşist düşüncələrini təbliğ
edirlər. İndi də Azərbaycanla hər hansı sülh razılaşmasını
"xəyanət" kimi
əhaliyə tirajlayırlar.
Əslində, onların
məqsədi Ermənistanın
regionda sabitlik və əməkdaşlıq
platformasına çevrilməsinə
imkan verməməkdir.
Ölkəni davamlı
olaraq qeyri-sabitlik içində saxlamaq, bu yolla həm
daxili siyasi təsir güclərini qorumaq, həm də bəzi xarici dairələrin dəstəyini itirməməkdir",
- deyə ekspert əlavə edib.
F.Abdullayev vurğulayıb
ki, baş vermiş hadisə Ermənistanda sülh gündəliyinə münasibətdə
hakimiyyətlə ictimaiyyət
arasında mövcud yanaşmanın nə qədər fərqli olduğunu göstərir.
Ermənistan hakimiyyət
nümayəndələrinin beynəlxalq platformalarda manipulyasiya məqsədilə
mütəmadi olaraq sülhə hazır olduqlarına dair səsləndirdikləri bəyanatlarının
ritorikadan başqa bir şey olmadığını
bütün dünya görür. Azərbaycan rəsmiləri Ermənistan
hakimiyyətinə əhalisini
sülhə hazırlamaqla
bağlı dəfələrlə çağırışlar
edib.
Ekspert qeyd edib ki, bütün
bunlar Ermənistanda
yalnız siyasi elitanın deyil, eyni zamanda cəmiyyətin
bir hissəsinin real sülh prosesinə hazır olmadığını deməyə
əsas verir: "Revanşizm, nifrət hələ də ermənilərin ictimai şüurunda dominant mövqedədir. Bu isə sülh danışıqlarının yalnız
texniki bir prosesə deyil, həm də dərin ictimai transformasiyaya ehtiyac duyan mürəkkəb bir çağırış
olduğunu deməyə
əsas verir. Çünki Ermənistan
cəmiyyəti daxilində
bu cür radikal yanaşmanın populyarlaşması, nifrətin
açıq ifadəsi,
həmçinin son vaxtlar şərti sərhəddə törədilən
təxribatlar gələcəkdə
dinc birgəyaşayışa
maneə yaradır. Bir ölkənin ictimai rəyində sülh deyil, düşmənçilik dominantdırsa,
əlbəttə ki, orada sülh müqaviləsi formal sənəddən o yana keçə bilməz. Azərbaycan sazişi formal şəkildə imzalamaq istəmir. Regionun sabitliyi və rifahı qarşılıqlı hörmət
və sülh əsasında mümkündür.
Bu isə təkcə dövlətlər
arasında danışıqlarla
deyil, eyni zamanda cəmiyyətlərin
davranışı, ictimai rəyin formalaşması və qarşı tərəfə
münasibətlə müəyyən
olunmalıdır. Fikrimcə,
Ermənistanın ictimaiyyəti
və siyasi dairələri anlamalıdırlar
ki, XXI əsrdə regionun təhlükəsizliyi
nifrətlə və ya revanşist ambisiyalarla qurula bilməz".
Siyasi şərhçi
bildirib ki, cəmiyyətin sülhə
hazırlanmasına yalnız
beynəlxalq danışıqlarla
deyil, siyasi iradə, təhsil, media və ictimai
resursların iş birliyi ilə nail olmaq lazımdır.
O düşünür ki,
əgər Ermənistan
hakimiyyəti real, davamlı sülh istəyirsə, ilk növbədə, öz daxilində nifrət ritorikasına son qoymalı, məsələyə
hüquqi qiymət verməli və təbliğat vasitəsilə
cəmiyyətində tolerantlıq
və qarşılıqlı
hörmət prinsiplərini
təşviq etməlidir.
Ermənistanda gənc
nəsildə barışa
deyil, kin və intiqam hissinə zəmin yaradılır. Azərbaycan
xalqı və dövləti bu kimi təxribatlara qarşı ayıqdır.
Sülhün yalnız
bərabərlik, qarşılıqlı
hörmət və əməkdaşlıq şəraitində
mümkün olduğunu
hər zaman bəyan edir.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2025.- 26 aprel
(№83).- S.10.