Soyqırımına ermənilər yox, azərbaycanlılar məruz qalıblar

 

Revanşistlər tarixi həqiqətlər sorağındadır, sülh istəyirlər

 

Ermənistanın paytaxtı İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı təşkil olunan yürüşdə növbəti dəfə təxribat törədildi. Yürüş iştirakçıları Türkiyə Azərbaycan bayraqlarını yandırdılar. Bununla da ürəkləri soyumadı. Nifrət dolu şüarlar səsləndirdilər.  Sonra da əllərində məşəllərlə yürüşə başladılar.

"Məşəl yürüşü"  bu il "imtina etmə" şüarı altında keçirirlər. Əslində isə, təxribatçı ermənilər "imtina etmə" söyləməkdənsə, özlərinə "yalanlardan əl çək, həqiqətləri etiraf et" deməlidirlər. Çünki tarixdən danışırlarsa, o zaman faktları ört-basdır etməyə çalışmamalıdırlar. Yüz on il qabaq keçmiş Osmanlı imperiyasında ermənilərin kütləvi şəkildə öldürüldüyünü iddia edirlərsə, arxivləri araşdırsınlar, tarixi sənədləri oxusunlar etiraf etsinlər ki, heç zaman, heç bir ölkənin ərazisində ermənilərə qarşı soyqırımı həyata keçirilməyib.

Yurdları olmayan, özgə torpaqlarında məskən salmaq, binələnmək niyyəti onların babalarını bizim ərazilərimizə gətirib. Elə həmişə xislətində məkr, riyakarlıq, qəddarlıq olan, dondan-dona girməyi yaxşı bacaran ermənilər sonralar öz uydurmalarına, boş xülyalara o qədər aludə olublar ki, "böyük Ermənistan" yalanını ortaya atıblar. Hər fitnəyə əl atıblar. Uydurmalarına tərəfdarlar tapmaq üçün min oyundan çıxıblar. Məqsədlərinə, planlarına görə, dövrün ab-havasına baxıb Azərbaycan xalqı ilə gah mehriban dost, gah rəhimsiz, əzazil düşmən olublar. Təxribatlar törədərək aranı qızışdırıblar, torpaqlarına sığındıqları yerli sakinlərin cəlladına çevriliblər. Silahlı hücuma keçiblər, soydaşlarımızı işgəncələr verməklə vəhşicəsinə qətlə yetiriblər, soyqırımları həyata keçiriblər.

Yüz on il qabaq baş verənlərə gəlincə , "tarixi araşdırın, arxiv materiallarını, sənədləri, şahid ifadələrini oxuyun, əslində, kimlərin qətliama, soyqırımına məruz qaldığını, kimlərin qəddar cinayətkar, amansız qatil olduğunu görün etiraf edin", - deyirik. 

Qardaş Türkiyə hər zaman tarixin olduğu kimi təqdim edilməsi mövqeyindən çıxış edir. "1915-ci il hadisələri ilə bağlı tarixi faktlara beynəlxalq hüquqa zidd olan hər hansı bəyanatı tamamilə rədd edirik. Keçmişin acılarını siyasi səbəblərdən istifadə etmək cəhdlərinin heç bir əsası yoxdur" - Türkiyə XİN-nin bu günlərdə yaydığı bəyanatda bildirilib. Türkiyə qlobal səviyyədə öz bölgəsində hər zaman sülh, dialoq, qarşılıqlı anlaşma ortaq rifahın inkişafının tərəfdarı olduğunu vurğulayıb. Bəyanatda bildirilib: "Ölkəmiz bu anlayışla arxivlərini açmış, 1915-ci il hadisələrini ədalətli elmi şəkildə araşdırmaq üçün Birgə Tarix Komissiyasının yaradılmasını təklif etmişdir. Sizə xatırladırıq ki, radikal dairələrin tarixdən düşmənçilik yaratmaq cəhdlərinə təşviq edilməməlidir Türkiyə ilə Ermənistan arasında davam edən normallaşma prosesinə dəstək çağırışımızı təkrar edirik".

Lakin Ermənistanın paytaxtında törədilən son təxribat - Türkiyə Azərbaycan bayraqlarının yandırılması bir daha göstərdi ki, revanşistlər tarixi həqiqətlər sorağındadırlar, sülh istəyirlər.

Azərbaycan Türkiyə bayraqlarının yandırılması erməni barbarlığının, vandalizminin bariz nümunəsidir.

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda qondarma "erməni soyqırımı" qurbanlarının xatirəsinə həsr olunmuş "məşəl yürüşü"ndə Azərbaycan Türkiyə bayraqlarının yandırılmasını pislədi. Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan Nikol Paşinyanın bunu təxribat adlandırdığını bildirdi: "Baş nazir Paşinyan belə praktikanı pisləyir, bunu məsuliyyətsiz qəbuledilməz hesab edir. Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusən qonşu dövlətlərin bayraqlarının yandırılmasına dövlət başçısı başqa cür baxa bilməz. Bu, təxribat qızışdırıcı praktikadır".

Ermənistanın baş nazirinin məsuliyyətsiz qəbuledilməz hesab etdiyi, təxribat adlandırdığı bu hadisə Ermənistanın paytaxtında reallaşıb. Baş verənlər göstərir ki, Nikol Paşinyan yenə revanşistlərə meydan verir. Belə olmasaydı, erməni vandallarına başqa ölkənin dövlət atributlarına hörmətlə yanaşılmalı olduqları hüquq çərçivəsində izah edilər, cinayət əməllərinə görə məsuliyyətə cəlb olunaraq qanun qarşısında cavab verərlər.

Azərbaycan dövləti xalqı sülh məramına sadiqdir. Dövlətimizin başçısı İlham Əliyevin bəyan etdiyi kimi, Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyinin təşəbbüskarı məhz Azərbaycan tərəfi olub. Belə ki, sülh gündəliyinin əsasını təşkil edən fundamental prinsiplər Azərbaycan tərəfindən formalaşdırılıb təqdim olunub. Azərbaycan tərəfi həmçinin bunun əsasında sülh müqaviləsinin mətnini hazırlayıb. Dövlətimiz sülh sazişinin imzalanması istiqamətində ardıcıl qətiyyətli addımlar atır.

XX əsrin ayrı-ayrı illərində erməni vandallarının soyqırımına məruz qalan Azərbaycan xalqıdır. Erməni cəlladlarının 1990-cı illərdə Azərbaycanın  Xocalı, Ağdaban, Meşəli, Qaradağlı, Başlıbel daha neçə-neçə ərazisində törətdikləri qətliamların, soyqırımların şahidləri bu gün aramızdadır. Həmin dəhşətli cinayətləri həyata keçirənlərin bəziləri bu gün qanun qarşısında cavab verir, cinayətkar olduqlarını məhkəmə prosesində özləri etiraf edirlər. Şahidlərin ifadələri bunu təsdiqləyir. Xatırladaq ki, Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, Davit Babayan, Levon Mnatsakanyan digərləri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması aparılması, soyqırımı, müharibə qanunlarını qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilirlər. Azərbaycan xalqına qarşı dəhşətli  cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb olunmaları, qanun qarşısında cavab vermələri beynəlxalq hüquq çərçivəsindədir.

Vətən müharibəsində Qarabağ Şərqi Zəngəzur ərazilərini Ermənistanın otuzillik işğalından azad edəndə , antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyünü, suverenliyini bərpa edəndə Azərbaycan gücünü, qüdrətini göstərdi. Vətənimiz naminə, üçrəngli, ay-ulduzlu bayrağımız bütün ərazilərimizdə ucalsın deyə, bu xalqın minlərlə qəhrəman övladı canından keçdi. Artıq ölkəmizin digər əraziləri kimi, Şuşada, Xankəndidə, Xocalıda, Ağdamda, Füzulidə, Qubadlıda, Laçında, Kəlbəcərdə bayrağımız dalğalanır. Düşmən hansı təxribatlara əl atırsa, atsın, bu həqiqəti heç zaman dəyişə bilməyəcək. Bu müqəddəs  bayrağı hər zaman ucalarda görəcək.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2025.- 26 aprel (№83).- S.10.