Moskva Bakı ilə
münasibətlərə zərbə vurur
Rusiya Azərbaycanla informasiya müharibəsi aparır
Rusiyanın Azərbaycana qarşı
başlatdığı informasiya müharibəsi gün
keçdikcə daha da şiddətlənir. Bu ölkənin
dövlət xəbər agentliyi TASS-dan, əsas təbliğat
ruporu olan "Moskovskiy komsomolets" qəzetindən sonra
dövlət televiziyası da anti-Azərbaycan kampaniyasına
aktiv şəkildə qoşulub. Bu günlərdə Rusiya
dövlət televiziyasında Azərbaycana
qarşı növbəti təxribat xarakterli materiallar
yayımlanıb. Belə ki, hazırlanan materiallarda Ermənistan
hökuməti Qarabağdan köçən erməniəsilli
şəxslərə yardım etməməkdə ittiham
olunub. Guya onlar məcburi şəkildə Qarabağdan
çıxarılıblar. Həmçinin beynəlxalq
hüquqa zidd olaraq, dövlət televiziyasında uydurma
"Artsax" sözündən istifadə olunub.
Rusiyanın ölkəmizin suverenliyini və ərazi
bütövlyünü açıq şəkildə hədəf
alan bu cür qərəzli fəaliyyəti isə heç
şübhəsiz iki ölkənin münasibətlərinə
birbaşa zərbə vurur.
Hansı ki, Azərbaycan mehriban qonşuluq prinsiplərini
hər zaman ön planda tutur və şimal qonşusu Rusiya ilə
də əlaqələrinin yaxşı olmasına
çalışır. Ancaq qarşı tərəfin sərgilədiyi
aqressiv və imperializm meyillərini özündə ehtiva edən
siyasət nəticəsində hazırda Bakı ilə Moskva
arasındakı münasibətləri "buz kəsib",
desək, yanılmarıq.
Riyakarlıq, qərəzli kampaniya
2023-cü ildə Qarabağda keçirilən
antiterror tədbirləri sayəsində torpaqlarımızda
separatizmə son qoyuldu, suverenliyimiz təmin olundu,
konstitusiyamız bütün ərazilərimizdə hüquqi
qüvvəyə mindi. Bu sayədə Rusiya sülhməramlı
kontingentinin ərazilərimizdə fəaliyyətinə
heç bir lüzum qalmadı. Qeyd edək ki, Rusiya sülhməramlılarının
ərazilərimizdən çıxarılması Prezident
İlham Əliyevin şəxsi səyləri nəticəsində
baş verib. 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında
sülhməramlıların 2025-ci ilə qədər müvəqqəti
olaraq yerləşdirilməsi maddəsinin öz əksini
tapması və burada "müvəqqəti" şərtinin
qoyulması da Prezident İlham Əliyevin israrı sayəsində
mümkün olmuşdu. Dövlətimizin rəhbərinin qətiyyətli
siyasətinin təzahürü kimi, 2024-cü ildə bu proses
məntiqi sonluğuna çatdırıldı. Onu da
vurğulayaq ki, adıçəkilən hərbi kontingent ərazilərimizdə
qanunsuz fəaliyyəti ilə diqqət çəkirdi. Xankəndidə
rəssam İvan Ayvazovskinin büstünün qeyri-qanuni şəkildə
quraşdırılması da bu qanunsuzluqdan biri idi. Hansı
ki, haqlı olaraq Azərbaycan tərəfindən demontaj olunan
bu büst ətrafında Rusiya süni ajiotaj yaradaraq müxtəlif
platformalarda ölkəmizə qarşı qərəz
kampaniyası aparır.
İvan Ayvazovskinin büstünün sökülməsi
məsələsini şərh edən Rusiya Prezidentinin
xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycan
tərəfinin bu addımının dərin təəssüflə
qarşılandığını, bunun Rusiyaya qarşı
xoşagəlməz və qeyri-dost addım kimi qiymətləndirildiyini
bildirib. O, Azərbaycan tərəfini "ehtiyatlılıq
nümayiş etdirməyə", "abidələrlə
müharibə"yə, rus mədəniyyətinin "ləğv
edilməsi" tədbirlərinə son qoymağa
çağırış edib. Bununla yanaşı,
Rusiyanın dövlət xəbər agentliyi olan TASS məsələ
ilə bağlı dərc edilmiş "informasiya"da Azərbaycanın
Xankəndi şəhərini "Stepanakert"
adlandırıb. Æurnalistikanın prinsiplərini kobud
şəkildə pozan agentlik təxribat xarakterli səhvini
yalnız Azərbaycan Xarici İşlər Nazirliyinin sərt
tələbindən sonra, o da iki cəhddən sonra düzəldib.
Belə ki, əvvəlcə məqalənin sərlövhəsindəki
"Stepanakert" sözü "dağlıq
Qarabağ"la dəyişdirilib, sonda isə öz hüquqi
adı ilə - Xankəndi ilə əvəzlənib.
Rusiya Azərbaycana qarşı növbəti media
hücumunu "Moskovskiy komsomolets" qəzeti üzərindən
etdi. Adıçəkilən nəşrdə yayımlanan qərəzli
məqalədə hüquqi ərazilərimizdə
sökülmüş qanunsuz heykəl bəhanə gətirilərək
Azərbaycan nasist Almaniyası ilə müqayisə edildi.
Halbuki Azərbaycan o ölkədir ki, alman nasizminin məğlubiyyətə
uğradılmasına misilsiz töhfələr verib. Eyni
zamanda erməni nasizmi ilə qəhrəmanlıqla mübarizə
aparıb. Bu mənada Rusiyanın Azərbaycanı nasiszmdə
ittiham etməsi riyakarlıqdır.
Məqsədyönlü təxribat
İnformasiya savaşının növbəti
dalğasını bu günlərdə Rusiya dövlət
televiziyasında müşahidə etdik. Burada yayımlanan
materiallarda Qarabağdan köçən erməniəsilli
şəxslərin guya məcburi şəkildə bu ərazidən
çıxarılmalarından bəhs edilib.
Onsuz da biz qərəzli xarici dairələrin
Qarabağdan könüllü köçən erməniəsilli
sakinlərdən Azərbaycana qarşı vaxtaşırı
təzyiq aləti kimi istifadə edilməsinə
alışmışıq. Bu dəfə həmin kartla Rusiya
oynamağa başlayıb. Halbuki, Qarabağda yaşayan erməniəsilli
sakinlərin yaşamı, həyatı üçün
heç bir risk olmadığı halda onlar öz
xoşları ilə kütləvi şəkildə Ermənistana
köç etməyi seçdilər. Gerçəklik isə
budur ki, Ermənistan tərəfindən bir milyondan çox azərbaycanlının
fundamental hüquqları pozulub. Təcavüzkar ölkənin
apardığı etnik təmizləmə siyasəti nəticəsində
təkcə 1980-ci illərin sonlarında üç yüz
min azərbaycanlı tarixi yurdundan qovulub. Bu günün
özündə də Qərbi
azərbaycanlıların qayıdış hüququ təmin
olunmayıb. Eyni zamanda Ermənistanın Birinci Qarabağ
müharibəsi zamanı həyata keçirdiyi
işğalçı müharibə yüz minlərlə azərbaycanlını
məcburi köçkünə çevirib. Bu faktların
Rusiyaya gün kimi aydın olması da bir ayrı gerçəklikdir.
Ancaq şəxsi ambisiyalarına görə rəsmi Moskva azərbaycanlıların
pozulmuş hüquqlarından danışmağı lazım
bilmir.
Rusiya dövlət televiziyasında uydurma
"Artsax" sözündən istifadə olunması ölkəmizin
suverenliyinin, ərazi bütövlüyünün şübhə
altına alınması deməkdir.
Beynəlxalq hüququn normalarına əsasən,
Qarabağ Azərbaycanın tərkib hissəsi, suveren ərazisidir.
İndi qondarma "Artsax" qismində terror yuvasının
adının hallandırılması ölkəmizə
qarşı məqsədyönlü təxribatdan başqa bir
şey deyil.
Təbii ki, şimal qonşumuz Rusiyanın Azərbaycanı
sistemli şəkildə hədəfə almasının,
media vasitəsilə hücumlara məruz qoymasının altında
bir çox mətləblər yatır. Bunlardan birincisi
ölkəmizin müstəqil və qətiyyətli siyasət
yürütməsi, yerləşdiyi bölgənin
üçüncü qüvvələrin poliqonuna
çevrilməsinə imkan verməməsidir.
Yasəmən MUSAYEVA
Azərbaycan .- 2025.- 7 avqust (№163).- S.1;5.