Fiziki məhdudiyyətli
uşaqlar üçün "Əngəlsiz dünya"
Hər bir dövlətin gələcəyini
uşaqlar və gənclər müəyyən edir. Buna
görə də onların düzgün tərbiyə
olunması, fiziki və mənəvi cəhətdən
inkişaf etməsi, cəmiyyətdə bir şəxsiyyət
kimi formalaşması vacib amillərdən biridir. Bu səbəbdən onların tərbiyəsi
çox önəmlidir.
Bu fonda əlilliyi olan şəxslərə,
xüsusilə də uşaqlara diqqət və qayğı cəmiyyətimizin
hər bir üzvünün borcudur. Bu günlərdə
keçirilən "Əngəlsiz dünya" adlı layihə
də hər uşaq üçün ümid, hər
gülümsəmə üçün səbəbdir.
"QOLAT Sport Service"nin təşkilatçılığı,
SOCAR-ın sponsorluğu ilə təşkil edilən layihənin
məqsədi həssas qrupa aid olan uşaqların fiziki və
psixoloji inkişafına dəstək olmaq, onların
sosiallaşmasını təmin etmək, idman vasitəsilə
sağlam həyat tərzini təşviq etməkdir.
"QOLAT Sport Service"nin direktoru Səid
Bağırov deyib ki, layihə sosial çətinliklərlə
üzləşən, uşaq evlərində böyüyən
və xüsusi qayğıya ehtiyacı olan uşaqlara
idmanın gücü ilə həyat sevinci bəxş etməyi
qarşısına məqsəd qoyub: "Fiziki qüsurlu, əlil
uşaqlarla söhbət etdikdə içimizdə ruh yüksəkliyi
yaranır. Ona görə ki, onlar həyatı,
yaşamağı bizdən daha çox sevirlər. Özlərinə
qapanmırlar, əylənməyin və şənlənməyin
müxtəlif üsullarını tapırlar. Burada əsas məqsəd
yalnız idman oyunları təşkil etmək deyil. Onların
qəlbinə toxunmaq, inam yaratmaq və birlikdə güclü
ola biləcəyimizi göstərməkdir. Fiziki və
psixoloji inkişaf, sosiallaşma və özünəinamın
gücləndirilməsi sağlam həyat tərzinə təşviq
- bu layihənin əsas sütunlarını təşkil
edir".
Azərbaycan .- 2025.- 7 avqust (№163).- S.8.