"Azərbaycan Dəmir
Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yenidən
təşkili haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2025-ci il 25 fevral tarixli 342 nömrəli Fərmanının
icrası ilə əlaqədar Azərbaycan Respublikası
Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında
dəyişiklik edilməsi və Sərəncamının ləğv
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan
Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin
yenidən təşkili haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2025-ci il 25 fevral tarixli 342 nömrəli
Fərmanının icrası ilə əlaqədar qərara
alıram:
1. "Tarixi "İpək yolu"nun bərpası
üzrə Beynəlxalq Bakı Konfransının qərarlarının
yerinə yetirilməsi ilə əlaqədar tədbirlər
haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il
26 oktyabr tarixli 4 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 10, maddə 612
(Cild I) 5-ci və 6-cı hissələrində "Azərbaycan
Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti,
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"
Qapalı Səhmdar Cəmiyyəti, "Bakı Beynəlxalq Dəniz
Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyəti,"
sözləri "Azərbaycan Nəqliyyat və Kommunikasiya
Holdinqi (AZCON) və" sözləri ilə əvəz
edilsin.
2. "Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi
Məcəlləsinin tətbiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 541 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001, ¹ 7, maddə 478 (Cild I); 2024, ¹ 2, maddə
150) 2.13-cü bəndində "Bakı Beynəlxalq Dəniz
Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinə
münasibətdə Azərbaycan İnvestisiya Holdinqi"
sözləri "Azərbaycan Dəmir Yolları"
Qapalı Səhmdar Cəmiyyətinə münasibətdə
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)"
sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22
aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 4, maddə 258
(Cild I); 2024, ¹ 6 (I kitab), maddə 654, ¹ 12 (II kitab), maddə
1383) ilə təsdiq edilmiş "Giriş-çıxış
və qeydiyyat" idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sistemi haqqında Əsasnamə"nin 8.15-ci bəndində
", Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar
Cəmiyyəti, "Bakı Beynəlxalq Dəniz Ticarət
Limanı" Qapalı Səhmdar Cəmiyyəti" sözləri
"və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar
Cəmiyyəti" sözləri ilə əvəz edilsin.
4. "Dəniz limanları haqqında" Azərbaycan
Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi
və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20
aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasının Dövlət Dəniz
Administrasiyası haqqında Əsasnamə"də dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 5,
maddə 474 (Cild I); 2024, ¹ 2, maddə 152) 3.2-1-ci bəndində
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"
Qapalı Səhmdar Cəmiyyətinə münasibətdə
Azərbaycan İnvestisiya Holdinqi" sözləri "Azərbaycan
Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə
münasibətdə Azərbaycan Nəqliyyat və Kommunikasiya
Holdinqi (AZCON)" sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21
oktyabr tarixli 655 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 10, maddə 1127
(Cild I); 2024, ¹ 5 (I kitab), maddə 529) ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasının Tranzit
Yükdaşımalar üzrə Koordinasiya
Şurasının Tərkibi"ndə
aşağıdakı dəyişikliklər edilsin:
5.1. "Azərbaycan Respublikası Dövlət Sərhəd
Xidməti Sərhəd Nəzarətinin rəisi"
abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə
edilsin:
"Azərbaycan Nəqliyyat və Kommunikasiya
Holdinqinin (AZCON-un) icraçı direktoru";
5.2. "Bakı Beynəlxalq Dəniz Ticarət
Limanı" Qapalı Səhmdar Cəmiyyətinin Baş
direktoru" abzası ləğv edilsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7
noyabr tarixli 226 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024, ¹ 11, maddə 1196)
ilə təsdiq edilmiş "Azərbaycan Nəqliyyat və
Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin idarəetməsinə
veriləcək dövlət müəssisələrinin, habelə
dövlət payı olan təsərrüfat cəmiyyətlərinin
və publik hüquqi şəxslərin
siyahısı"nın 5-ci hissəsi ləğv edilsin.
7. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 may
tarixli 920 nömrəli Sərəncamı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 5, maddə 299
(Cild I) ilə təsdiq edilmiş "Birləşmiş Millətlər
Təşkilatının Təhlükəsizlik
Şurasının 1368 nömrəli 2001-ci il 12 sentyabr tarixli,
1373 nömrəli 2001-ci il 28 sentyabr tarixli və 1377 nömrəli
2001-ci il 12 noyabr tarixli qətnamələrinin yerinə yetirilməsinin
təmin edilməsinə dair Tədbirlər
Planı"nın 10-cu hissəsinin "İcraya məsul"
sütunundan ", Bakı Beynəlxalq Dəniz Ticarət
Limanı" Qapalı Səhmdar Cəmiyyəti" sözləri
çıxarılsın.
8. "Azərbaycan Respublikası ilə Rusiya
Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri
üzrə hökumətlərarası Dövlət
Komissiyasının tərkibinin təsdiq edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 avqust
tarixli 1638 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 8, maddə 723
(Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər
edilsin:
8.1. "Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi sədrinin birinci müavini" abzasından
sonra aşağıdakı məzmunda yeni abzas əlavə
edilsin:
"Azərbaycan Nəqliyyat və Kommunikasiya
Holdinqinin (AZCON-un) icraçı direktoru";
8.2. "Bakı Beynəlxalq Dəniz Ticarət
Limanı" Qapalı Səhmdar Cəmiyyətinin Baş
direktoru" abzası ləğv edilsin.
9. "Azərbaycan Respublikası ilə Ukrayna
arasında iqtisadi əməkdaşlıq məsələləri
üzrə Hökumət Komissiyasının yeni tərkibinin
təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 26 avqust tarixli 1640
nömrəli Sərəncamının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006, ¹ 8, maddə 725 (Cild I) 1-ci hissəsində
aşağıdakı dəyişikliklər edilsin:
9.1. "Azərbaycan Respublikası Dövlət Turizm
Agentliyi sədrinin müavini" abzasından sonra
aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
"Azərbaycan Nəqliyyat və Kommunikasiya
Holdinqinin (AZCON-un) icraçı direktoru";
9.2. "Bakı Beynəlxalq Dəniz Ticarət
Limanı" Qapalı Səhmdar Cəmiyyətinin Baş
direktoru" sözləri "Azərbaycan Dəmir
Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri"
sözləri ilə əvəz edilsin.
10. "Azərbaycan-Çin Hökumətlərarası
Ticarət-İqtisadi Əməkdaşlıq
Komissiyasının Azərbaycan Respublikası tərəfindən
tərkibi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1876 nömrəli Sərəncamının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 12,
maddə 1134 (Cild I) 1-ci hissəsində
aşağıdakı dəyişikliklər edilsin:
10.1. "Azərbaycan Respublikası Qida Təhlükəsizliyi
Agentliyinin sədri" abzasından sonra
aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
"Azərbaycan Nəqliyyat və Kommunikasiya
Holdinqinin (AZCON-un) icraçı direktoru";
10.2. "Bakı Beynəlxalq Dəniz Ticarət
Limanı" Qapalı Səhmdar Cəmiyyətinin Baş
direktoru" abzası ləğv edilsin.
11. "Azərbaycan Respublikası ilə Türkmənistan
arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq
üzrə birgə hökumətlərarası komissiyanın
Azərbaycan Respublikası tərəfindən tərkibi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il
20 iyun tarixli 2236 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 6, maddə 650
(Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər
edilsin:
11.1. "Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin vitse-prezidenti" abzasından sonra
aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
"Azərbaycan Nəqliyyat və Kommunikasiya
Holdinqinin (AZCON-un) icraçı direktoru";
11.2. "Bakı Beynəlxalq Dəniz Ticarət
Limanı" Qapalı Səhmdar Cəmiyyətinin Baş
direktoru" abzası ləğv edilsin.
12. "Azərbaycan Respublikası ilə Özbəkistan
Respublikası arasında əməkdaşlıq üzrə
Birgə hökumətlərarası komissiyanın Azərbaycan
Respublikası tərəfindən yeni tərkibinin təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 22 noyabr tarixli 2505 nömrəli Sərəncamının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 11,
maddə 1148 (Cild I) 1-ci hissəsində
aşağıdakı dəyişikliklər edilsin:
12.1. "Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin prezidenti" abzasından sonra
aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
"Azərbaycan Nəqliyyat və Kommunikasiya
Holdinqinin (AZCON-un) icraçı direktoru";
12.2. "Bakı Beynəlxalq Dəniz Ticarət
Limanı" Qapalı Səhmdar Cəmiyyətinin Baş
direktoru" abzası ləğv edilsin.
13. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar
Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli
Sərəncamının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009, ¹ 7, maddə 563 (Cild I) 2-ci və
3-cü hissələri ləğv edilsin.
14. "Azərbaycan Respublikası ilə İran
İslam Respublikası arasında iqtisadi, ticarət və
humanitar sahələrdə əməkdaşlıq üzrə
Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən
yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli 1993 nömrəli
Sərəncamının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012, ¹ 2, maddə 101 (Cild I) 1-ci hissəsində
aşağıdakı dəyişikliklər edilsin:
14.1. "Azərbaycan Respublikası Mərkəzi
Bankı sədrinin müavini" abzasından sonra
aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
"Azərbaycan Nəqliyyat və Kommunikasiya
Holdinqinin (AZCON-un) icraçı direktoru";
14.2. "Bakı Beynəlxalq Dəniz Ticarət
Limanı" Qapalı Səhmdar Cəmiyyətinin Baş
direktoru" abzası ləğv edilsin.
15. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il
11 sentyabr tarixli 3130 nömrəli Sərəncamı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 9, maddə 1081
(Cild I); 2024, ¹ 2, maddə 150) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının dəniz təhlükəsizliyi
strategiyası"nda aşağıdakı dəyişikliklər
edilsin:
15.1. 4.1.12-ci yarımbənddə "Bakı Beynəlxalq
Dəniz Ticarət Limanı" sözləri "Azərbaycan
Dəmir Yolları" sözləri ilə əvəz
edilsin;
15.2. strategiyaya Əlavə 2 - "Vəzifələrin
yerinə yetirilməsi məqsədi ilə qurumlar
üçün əsas və dəstək tipli cavabdehlik cədvəli"
üzrə:
15.2.1. 7-ci hissənin
"Əsas" sütununda "BBDTL" akronimi "ADY"
akronimi ilə əvəz edilsin;
15.2.2. 14-cü və 17-ci hissələrin "Dəstək"
sütununda "BBDTL" akronimi "ADY" akronimi ilə əvəz
edilsin;
15.3. "İxtisarlar" hissəsində "BBDTL -
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" sözləri
"ADY - Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar
Cəmiyyəti" sözləri ilə əvəz edilsin.
16. "Bakı Beynəlxalq Dəniz Ticarət
Limanı" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il
18 mart tarixli 1121 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 3, maddə 316
(Cild I); 2024, ¹ 2, maddə 161) 3-cü və 3-1-ci hissələri
ləğv edilsin.
17. "Ələt azad iqtisadi zonasının
inkişafı ilə əlaqədar əlavə tədbirlər
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il
17 sentyabr tarixli 487 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 9, maddə 1872
(Cild I); 2024, ¹ 1, maddə 61) 1-ci hissəsində
aşağıdakı dəyişikliklər edilsin:
17.1. "Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyi İdarə Heyətinin sədri" abzasından sonra
aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinın
(AZCON-un) icraçı direktoru";
17.2. "Bakı Beynəlxalq Dəniz Ticarət
Limanı" Qapalı Səhmdar Cəmiyyətinin baş
direktoru" abzası ləğv edilsin.
18. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22
iyul tarixli 3378 nömrəli Sərəncamı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2022, ¹ 7, maddə 790
(Cild I); 2024, ¹ 4, maddə 393, ¹ 5 (I kitab), maddə 529, ¹ 6 (I
kitab), maddələr 647, 654, ¹ 12 (II kitab), maddə 1359) ilə
təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə
sosial-iqtisadi inkişaf Strategiyası"nın "7. Tədbirlər
planı" hissəsində aşağıdakı dəyişikliklər
edilsin:
18.1. 1.1.10-cu yarımbəndin 7-ci abzasının
"Digər icraçılar" sütununa
"VXSİDA," akronimindən sonra "AZCON," akronimi əlavə
edilsin;
18.2. 1.1.11-ci yarımbənd üzrə:
18.2.1. 2-ci abzasın
"Əsas icraçı orqan (qurum)" sütununda
"BBDTL" akronimi "ADY" akronimi ilə əvəz
olunsun və həmin abzasın "Digər
icraçılar" sütununa "İN" akronimindən
sonra ", AZCON" akronimi əlavə edilsin;
18.2.2. 5-ci abzasın "Digər
icraçılar" sütununda "BBDTL" akronimi
"AZCON" akronimi ilə əvəz edilsin;
18.3. 1.1.17-ci yarımbəndin 2-ci abzasının
"Digər icraçılar" sütununa "AZCON"
akronimi əlavə edilsin;
18.4. "AKRONİMLƏR VƏ İXTİSARLAR"
hissəsinə "AİH Azərbaycan İnvestisiya
Holdinqi" abzasından sonra aşağıdakı məzmunda
yeni abzas əlavə edilsin:
"AZCON" Azərbaycan Nəqliyyat və
Kommunikasiya Holdinqi (AZCON)".
19. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il
23 noyabr tarixli 4179 nömrəli Sərəncamı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023, ¹ 11, maddə 1549 (Cild
I) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının ərazisindən keçən beynəlxalq
nəqliyyat dəhlizlərinin tranzit potensialının
artırılmasına və tranzit yükdaşımaların
təşviqinə dair 2024-2026-cı illər
üçün Fəaliyyət Planı"nın "8. Fəaliyyət
Planının həyata keçirilməsi üzrə Tədbirlər
Planı" hissəsində aşağıdakı dəyişikliklər
edilsin:
19.1. 8.1.1-ciyarımbəndin "Digər
icraçılar" sütununa "RİNN" akronimindən
sonra ", AZCON" akronimi əlavə edilsin;
19.2. 8.1.4-cü yarımbəndin "Digər
icraçılar" sütununa "DSX" akronimindən
sonra ", AZCON" akronimi əlavə edilsin;
19.3. 8.1.6-8.1.8-ci yarımbəndlərin "Digər
icraçılar" sütununa "RİNN" akronimindən
sonra ", AZCON" akronimi əlavə edilsin;
19.4. 8.1.9-cu yarımbəndin "Əsas
icraçı" sütununda "BBDTL" akronimi
"ADY" QSC" akronimi ilə əvəz olunsun və həmin
yarımbəndin "Digər icraçılar"
sütununa "DGK" akronimindən sonra ", AZCON"
akronimi əlavə edilsin;
19.5. 8.1.10-cu yarımbəndin "Əsas
icraçı" sütununda "BBDTL" akronimi
"ADY" QSC" akronimi ilə əvəz olunsun və həmin
yarımbəndin "Digər icraçılar"
sütununa "RİNN" akronimindən sonra ", AZCON"
akronimi əlavə edilsin;
19.6. 8.1.11-ci yarımbəndin "Digər
icraçılar" sütununda "BBDTL" akronimi "AZCON, "ADY" QSC"
akronimləri ilə əvəz edilsin;
19.7. 8.1.12-ci yarımbəndin "Əsas
icraçı" sütununda "BBDTL" akronimi
"ADY" QSC" akronimi ilə əvəz olunsun və həmin
yarımbəndin "Digər icraçılar"
sütununa "RİNN," akronimindən sonra "AZCON,"
akronimi əlavə edilsin;
19.8. 8.1.13-cü yarımbəndin "Digər
icraçılar" sütununda "BBDTL" akronimi
"AZCON" akronimi ilə əvəz edilsin;
19.9. 8.1.14-8.1.16-cı yarımbəndlərin "Digər
icraçılar" sütununa "İN" akronimindən
sonra ", AZCON" akronimi əlavə edilsin;
19.10. 8.1.18-ci yarımbəndin "Digər
icraçılar" sütununa "DGK," akronimindən
sonra "AZCON," akronimi əlavə edilsin və həmin
sütundan "BBDTL," akronimi çıxarılsın;
19.11. 8.2.2-ci yarımbəndin
"Digər icraçılar" sütununa
"TYKŞ," akronimindən sonra "AZCON," akronimi əlavə
edilsin və həmin sütundan ", BBDTL" akronimi
çıxarılsın;
19.12. 8.3.4-cü yarımbəndin "Digər
icraçılar" sütununa "ƏN" akronimindən
sonra ", AZCON" akronimi əlavə edilsin;
19.13. "AKRONİMLƏR" hissəsinə
"AQTA - Qida Təhlükəsizliyi Agentliyi" abzasından
sonra aşağıdakı məzmunda yeni abzas əlavə
edilsin:
"AZCON" Azərbaycan Nəqliyyat və
Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxs".
20. "Bakı Beynəlxalq Dəniz Ticarət
Limanı" Qapalı Səhmdar Cəmiyyətinin
Müşahidə Şurasının tərkibinin təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2021-ci il 22 fevral tarixli 2517 nömrəli Sərəncamı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, ¹2,
maddə 182 (Cild I); 2024, ¹ 6 (I kitab), maddə 693) ləğv
edilsin.
21. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmanın
8-12-ci və 14-cü hissələri ilə edilən dəyişikliklər
barədə qarşı tərəflərə müvafiq
bildirişlər göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan .- 2025.- 6 avqust (¹162).- S.2.