"Polis haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 237-VIIQD
nömrəli Qanununun tətbiqi və "Polis
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 1999-cu il 11 noyabr tarixli 205 nömrəli Fərmanında
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər
tutaraq, "Polis haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 237-VIIQD
nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Polis haqqında" Azərbaycan
Respublikası Qanununun 39-cu maddəsinin III hissəsinin birinci
abzasında və IV hissəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir;
1.2. həmin Qanunun 39-cu maddəsinin IV hissəsində
"orqan (qurum)" dedikdə Azərbaycan
Respublikasının Nazirlər Kabineti nəzərdə
tutulur;
1.3. həmin Qanunun 39-cu maddəsinin III hissəsinin
birinci abzasında "orqan (qurum)" dedikdə Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə
tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. "Polis haqqında" Azərbaycan
Respublikası Qanununun 39-cu maddəsinin III hissəsinə
uyğun olaraq, polis əməkdaşlarının sosial
müdafiəsini gücləndirmək və polis orqanlarının
maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə
hesabına köçürülən vəsaitdən istifadə
qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə
razılaşdırmaqla üç ay müddətində təsdiq
etsin;
2.2. "Polis haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 237-VIIQD
nömrəli Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
3. "Polis haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin1999-cu il 11 noyabr tarixli 205 nömrəli
Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1999, № 11, maddə 621 (Cild I) aşağıdakı dəyişikliklər
edilsin:
3.1. adında ikinci halda "haqqında"
sözü "barədə" sözü ilə əvəz
edilsin;
3.2. 2-ci hissə aşağıdakı redaksiyada
verilsin:
"2. Müəyyən edilsin ki:
2.1. "Polis haqqında" Azərbaycan
Respublikası Qanununun 9-cu maddəsində, 12-ci maddəsinin II
hissəsinin birinci cümləsində (ikinci halda), 14-cü
maddəsinin birinci hissəsinin 6-cı bəndində, 39-cu
maddəsinin III hissəsinin birinci abzasında və IV hissəsində,
40-cı maddəsinin III hissəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir;
2.2. həmin Qanunun 26-cı maddəsinin III-I hissəsinin
ikinci cümləsində, 35-ci və 37-ci maddələrinin II
hissələrində, 38-ci maddəsinin III hissəsində,
39-cu maddəsinin II hissəsində və 40-cı maddəsinin
I hissəsində nəzərdə tutulmuş müvafiq icra
hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.3. həmin Qanunun 39-cu maddəsinin IV hissəsində
"orqan (qurum)" dedikdə Azərbaycan
Respublikasının Nazirlər Kabineti nəzərdə
tutulur;
2.4. həmin Qanunun
40-cı maddəsinin IV hissəsində
nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanlarının səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər Kabineti və yerli icra hakimiyyəti
orqanları həyata keçirirlər;
2.5. həmin Qanunun 11-ci maddəsində, 12-ci maddəsinin
II hissəsinin birinci cümləsində (birinci halda),
13-cü maddəsinin I hissəsinin 7-ci bəndində və
28-ci maddəsinin II, III, VI və VII hissələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
həyata keçirir;
2.6. həmin Qanunun 39-cu maddəsinin III hissəsinin
birinci abzasında "orqan (qurum)" dedikdə Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə
tutulur;
2.7. həmin Qanunun 38-ci maddəsinin I hissəsində
nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanlarının səlahiyyətlərini Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi və yerli
icra hakimiyyəti orqanları həyata keçirirlər;
2.8. həmin Qanunun 3-cü maddəsinin II hissəsinin
12-ci bəndindəvə 14-cü maddəsinin birinci hissəsinin
3-cü bəndində nəzərdə tutulmuş müvafiq
icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan
Muxtar Respublikasının ərazisində isə
Naxçıvan Muxtar Respublikasının Ədliyyə
Nazirliyi həyata keçirir;
2.9. həmin Qanunun 14-cü maddəsinin birinci hissəsinin
6-cı bəndində "orqan (qurum)" dedikdə Azərbaycan
Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə
tutulur.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 avqust 2025-ci il
Azərbaycan .- 2025.- 6 avqust (№162).- S.2.