"Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsində,
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində
və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında" Azərbaycan
Respublikasının 2025-ci il 8 iyul tarixli 239-VIIQD nömrəli
Qanununun tətbiqi və "Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29
dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral
tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan Respublikasının Mülki Prosessual
Məcəlləsində, Azərbaycan Respublikasının
Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında" Azərbaycan
Respublikasının 2025-ci il 8iyul tarixli 239-VIIQD nömrəli
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
Qanununtətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
432-1.1-ci maddəsinin dispozisiyasında nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir;
1.2. həmin Məcəllənin 432-1.1-ci maddəsinin
dispozisiyasında "orqan (qurum)" dedikdə Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi nəzərdə
tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
432-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar
haqqında işlərə baxmağa səlahiyyəti olan
orqan barədə təkliflərini iki ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
2.2. "Azərbaycan Respublikasının Mülki
Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının
Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında" Azərbaycan
Respublikasının 2025-ci il 8 iyul tarixli 239-VIIQD nömrəli
Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
3. "Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli
Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2
(II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151, 157, №
7, maddələr 806, 812, 814, 815, № 8, maddələr 937, 948, №
12 (I kitab), maddə 1294, (II kitab), maddələr 1359, 1378, 1384;
2025, № 2, maddə 127, № 3, maddə 231, № 4 (I kitab), maddələr
325, 338, № 5, maddə 463, № 6, maddələr 541, 561; Azərbaycan
Respublikası Prezidentinin 2025-ci il 19 iyul tarixli 446 nömrəli
Fərmanı) 4-cü hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 4.1-ci bəndə
"429.0.2," rəqəmlərindən sonra
"432-1.1," rəqəmləri əlavə edilsin;
3.2. 4.17-1-ci bəndə
"184.9" rəqəmlərindən sonra ", 432-1.1"
rəqəmləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan .- 2025.- 6 avqust (№162).- S.3.