Azərbaycan Respublikasının
Mülki Prosessual Məcəlləsində, Azərbaycan
Respublikasının Cinayət Prosessual Məcəlləsində
və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
6-cı və 17-ci bəndlərini rəhbər tutaraq qərara
alır:
Maddə 1. Azərbaycan Respublikasının Mülki
Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 17 (Cild I); 2024, ¹ 1, maddə
13,¹ 4, maddələr 362, 367, ¹ 5 (I kitab), maddə 484, ¹ 6 (I
kitab), maddə 637,¹ 12 (I kitab), maddə 1283; Azərbaycan
Respublikasının 2025-ci il 28 fevral tarixli 147-VIIQD nömrəli,
11 aprel tarixli 172-VIIQD nömrəli, 16 may tarixli 196-VIIQD
nömrəli və 21 iyun tarixli 216-VIIQD nömrəli
qanunları) aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 265.4-cü maddədə "prokurora xəbər
verir" sözləri "materialları ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata keçirən
prokurora göndərir" sözləri ilə əvəz
edilsin;
1.2.307.2.4-cü maddə ləğv edilsin.
Maddə 2. Azərbaycan Respublikasının Cinayət-Prosessual
Məcəlləsinə (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000, ¹ 8 (II kitab), maddə 585 (Cild I); 2024, ¹
1, maddə 4, ¹ 4, maddələr 362, 365, 368, ¹6 (I kitab), maddə
631; 2025, ¹1, maddə 1, ¹2, maddə 98; Azərbaycan
Respublikasının 2025-ci il 28 fevral tarixli 147-VIIQD nömrəli,
16 may tarixli 199-VIIQD nömrəli, 13 iyun tarixli 211-VIIQD və
212-VIIQD nömrəli qanunları) aşağıdakı məzmunda
212.5-ci maddə əlavə edilsin:
"212.5. İcraatında mülki iş, kommersiya və
ya inzibati mübahisələr üzrə, yaxud inzibati xəta
haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli
şəxs) həmin işüzrə şəxsin əməllərində
cinayətin əlamətlərini aşkar etdikdə, bu barədə
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə
və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə
uyğun olaraq qəbul etdiyi xüsusi qərardadı və ya
məhkəmədə olan materialları ibtidai araşdırmaya
prosessual rəhbərliyi həyata keçirən prokurora
göndərir. Göndərilmiş xüsusi qərardad və
ya materiallar üzrə cinayət işinin
başlanmasının rədd edilməsi haqqında ləğv
edilməmiş qərar olduqda, həmin məsələ bu Məcəllənin
212.4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada həll
edilir.".
Maddə 3. Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2 (I kitab), maddə
202 (Cild I); 2024, ¹ 1, maddə 18, ¹ 2, maddə 135, ¹ 4, maddə
362, ¹ 5 (I kitab), maddələr 487, 489, 492, 503, ¹ 7, maddələr
750, 768, 771, 772,¹ 12 (I kitab), maddə 1280, (II kitab), maddələr
1330, 1350; 2025, ¹ 1, maddələr 1, 15, ¹2, maddə 99, ¹ 3, maddə
217; Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli
138-VIIQD nömrəli, 7 mart tarixli 152-VIIQD nömrəli, 11
aprel tarixli 178-VIIQD nömrəli, 1 may tarixli 189-VIIQD nömrəli,
16 may tarixli 199-VIIQD nömrəli və 13 iyun tarixli 212-VIIQD
nömrəli qanunları) aşağıdakı dəyişikliklər
edilsin:
3.1. 85-ci maddə üzrə:
3.1.1. adında "prokurora, ibtidai istintaq və ya təhqiqat
orqanına verilməsi" sözləri "ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata keçirən
prokurora göndərilməsi" sözləri ilə əvəz
edilsin;
3.1.2. mətndə "prokurora, ibtidai istintaq və ya
təhqiqat orqanına" sözləri "ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata keçirən
prokurora" sözləri ilə əvəz edilsin;
3.2. 114.2.3-cü maddədə "prokurora, təhqiqat
və ya istintaq orqanına" sözləri "ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata keçirən
prokurora" sözləri ilə əvəz edilsin;
3.3.129-cu maddə üzrə:
3.3.1. 129.1.3-cü maddədə "şikayət verən
şəxsin yaşayış yeri və ya hüquqi şəxsin
ünvanının olduğu" sözləri "inzibati xətanın
törədildiyi" sözləri ilə əvəz edilsin və
həmin maddəyə "məhkəməsinə"
sözündən sonra "(bu Məcəllənin 129.1.3-1-ci
maddəsində nəzərdə tutulmuş hal istisna
olmaqla)" sözləri əlavə edilsin;
3.3.2. aşağıdakı məzmunda 129.1.3-1-ci və
129.1-1-ci maddələr əlavə edilsin:
"129.1.3-1. bu Məcəllənin 122.1-ci və
127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati
tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə
verilən şikayət - şikayət verən şəxsin
yaşayış yeri və ya hüquqi şəxsin
ünvanının olduğu yer üzrə rayon (şəhər)
məhkəməsinə;";
"129.1-1. Bu Məcəllənin 129.1.3-cü maddəsinə
uyğun olaraq şikayətə baxmağa hazırlıq
zamanı bu Məcəllənin 128.1-ci maddəsində
göstərilən şəxslər tərəfindən
şikayətə həmin şəxslərin
yaşayış yeri və ya hüquqi şəxsin
ünvanının olduğu yer üzrə baxılması
haqqında vəsatət verilə bilər.";
3.4. 132.2-ci maddəyə "olmadıqda,"
sözündən sonra "habelə bu Məcəllənin
129.1-1-ci maddəsində nəzərdə tutulan vəsatət
təmin edildikdə" sözləri əlavə edilsin;
3.5. 150-ci maddə üzrə:
3.5.1. 150.5.2-ci maddə üzrə:
3.5.1.1. birinci cümləyə "təşkilatlarına"
sözündən sonra ", elektron pul təşkilatlarına"
sözləri əlavə edilsin;
3.5.1.2. ikinci və üçüncü cümlələrə
"təşkilatı" sözündən sonra ",
elektron pul təşkilatı" sözləri əlavə
edilsin;
3.5.2. 150.7-ci maddəyə "təşkilatlarında"
sözündən sonra ", elektron pul təşkilatlarında"
sözləri əlavə edilsin;
3.6. 293.5-ci maddənin dispozisiyasında
"aeroportların" sözü "hava
limanlarının" sözləri ilə əvəz edilsin;
3.7.432-ci maddə üzrə:
3.7.1. 432.1-ci maddənin dispozisiyasından "qrant alan"
sözləri çıxarılsın;
3.7.2. 432.4-cü maddənin dispozisiyasında
"Qeyri-hökumət təşkilatları, xarici dövlətlərin
qeyri-hökumət təşkilatlarının Azərbaycan
Respublikasındakı filial və ya nümayəndəlikləri,
yaxud banklar" sözləri "Bu Məcəllənin
432.2-ci maddəsində nəzərdə tutulan hallar istisna
olmaqla, Azərbaycan Respublikasının resipiyentləri, yaxud
banklar və digər ödəniş xidməti təchizatçıları"
sözləri ilə əvəz edilsin;
3.8. aşağıdakı məzmunda 432-1-ci maddə əlavə
edilsin:
"Maddə 432-1. Qeyri-hökumət təşkilatı
tərəfindən xidmətlərin göstərilməsi və
işlərin görülməsi ilə bağlı
qanunvericiliyin tələblərinin pozulması
432-1.1. Qeyri-hökumət təşkilatı tərəfindən
xarici maliyyə mənbələri hesabına xidmətlərin
göstərilməsi və ya işlərin görülməsi
haqqında müqavilələrin qeydiyyat üçün
qanunvericiliklə müəyyən edilmiş müddətlərdə
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma) təqdim edilməməsinə görə -
vəzifəli şəxslər min beş yüz
manatdan iki min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər beş min manatdan yeddi min manatadək
məbləğdə cərimə edilir.
432-1.2. Xarici maliyyə mənbələri hesabına
xidmətlərin göstərilməsi və ya işlərin
görülməsi haqqında müqavilə olmadan və ya
qeydiyyata alınmamış belə müqavilə üzrə
qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin
göstərilməsinə və ya işlərin
görülməsinə, yaxud bununla əlaqədar maliyyə
vəsaiti və (və ya) başqa maddi formada vəsait qəbul
edilməsinə görə -
vəzifəli şəxslər iki min beş yüz
manatdan beş min manatadək məbləğdə, hüquqi
şəxslər səkkiz min manatdan on beş min manatadək
məbləğdə cərimə edilir.
432-1.3. Qeyri-hökumət təşkilatları, yaxud
banklar və digər ödəniş xidməti təchizatçıları
tərəfindən "Qeyri-hökumət təşkilatları
(ictimai birliklər və fondlar) haqqında" Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
qaydada qeydiyyata alınmamış xarici maliyyə mənbələri
hesabına xidmətlərin göstərilməsi və ya
işlərin görülməsi haqqında müqavilə
üzrə bank əməliyyatlarının və hər
hansı digər əməliyyatların aparılmasına
görə -
vəzifəli şəxslər iki min beş yüz
manatdan beş min manatadək məbləğdə, hüquqi
şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə
cərimə edilir.";
3.9. 528.3-cü maddənin dispozisiyasına "təşkilatı"
sözündən sonra ", elektron pul təşkilatı"
sözləri əlavə edilsin;
3.10. 592-1-ci maddə üzrə:
3.10.1. adında "Məsafədən idarə edilən
pilotsuz uçan aparatların" sözləri "Mülki
pilotsuz uçuş aparatlarının" sözləri ilə
əvəz edilsin;
3.10.2. dispozisiyada "məsafədən idarə edilən
pilotsuz uçan aparatların" sözləri "mülki
pilotsuz uçuş aparatlarının (uşaqların istifadəsi
üçün nəzərdə tutulmuş oyuncaq pilotsuz
uçuş aparatları istisna olmaqla)" sözləri ilə
əvəz edilsin;
3.10.3. sanksiyada "məsafədən idarə edilən
pilotsuz uçan aparatlar" sözləri "mülki
pilotsuz uçuş aparatları" sözləri ilə əvəz
edilsin;
3.11. 598.8-1-ci maddənin dispozisiyasında "qrant və
ianələr" sözləri "əmlaklarının pul
və ya digər şəkildə formalaşdırılma mənbələri"
sözləri ilə əvəz edilsin;
3.12. 600-cü maddə aşağıdakı
redaksiyada verilsin:
"Maddə 600. Dövlət
qulluqçularının reyestrinin aparılması
qaydasının pozulması
600.1. Dövlət qulluqçularının reyestrinə
səlahiyyətli vəzifəli şəxs tərəfindən
daxil edilməli olan məlumatların qanunvericiliklə müəyyən
edilmiş müddətdə daxil edilməməsinə və
ya məlumatlarda dəyişiklik edilməməsinə görə
-
vəzifəli şəxslər üç yüz
manatdan altı yüz manatadək məbləğdə cərimə
edilir.
600.2. Bu Məcəllənin 600.1-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətanın inzibati tənbeh almış səlahiyyətli
vəzifəli şəxs tərəfindən inzibati tənbeh
vermə haqqında qərar qüvvəyə mindiyi gündən
bir il ərzində təkrar törədilməsinə görə
-
vəzifəli şəxslər yeddi yüz manatdan min
manatadək məbləğdə cərimə edilir.
Qeyd: Bu Məcəllənin 600.1-ci və 600.2-ci maddələrində
"səlahiyyətli vəzifəli şəxs" dedikdə
dövlət orqanının (qurumunun) Dövlət
qulluqçularının reyestrində qeydiyyatdan
keçmiş və müvafiq hüquqlar verilmiş məsul
şəxsləri nəzərdə tutulur.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyul 2025-ci il
Azərbaycan .- 2025.- 6 avqust (¹162).- S.3.